Mən səndən ibarətdim...

15 Ağustos 2014
2 960
0
Mən səndən ibarətdim...
Mən səndən ibarətdim...



Dünyaya gəlişimlə sevmişdim səni.
İlk udduğum nəfəsimdə dolmuşdun ciyərlərimə qara sevdam.
Bütün uşaqlar taxta parçalarından düzəltdikləri qum təpələrində oynarkən,
Mənsə sənin rəsmini çəkərdim daşlara divarlara
Elə o gündən sən olan daşları, divarları sevdim sənin yerinə


Mən səndən ibarətdim...

Sənin yerinə,
Qara daşlar uçuq divarlar oldu nəsibim...
Sən olmadan sevdim səni,
Böyüdükcə xəyalımda böyütdüm səni də ümidlərimlə bərabər...
Həyatda istədiyim bütün arzularımın, diləklərimin içində sən vardın sadəcə.
İçdiyim suda, yediyim hər lokmada sən vardın...
Hamı məktəbdə dərs oxuyurdu,
Mənsə səni axtarırdım bütün dərs kitablarının səyfələrində.

Mən səndən ibarətdim...

Baxdığım yazı taxtasında, divara asılan dünya xəritəsində,
Hər yerdə, hər tərəfdə, hər yanda hara baxsam səni görürdüm sevdiyim...
Böyüdükcə, mən böyüdükcə səni də böyütdüm içimdə.
Məyər həsrətimi, acılarımı, göz yaşlarımı, həyatımın ən həzin melodilərini, misgilli mahnılarını böyütmüşəm özümlə bərabər, sənlə bərabər...
Hardan biləydim axı hardan biləydim...

Mən səndən ibarətdim...

Hər gələni bir az sənə bənzətirdim.
Küləyin savurub apardığı ağac yarpaqlarında, dörd yana işıq saçan o gecə fənərlərinin kölgələrində.
Rüzgarlara qapılıb uçuşan kağız parçalarında bələ sən vardın,
Sanki sən vardın hər yerdə.
Mən səndən ibarətdim...




Mən səndən ibarətdim...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.