Gəlişin bir yuxu idi,gedişinsə üsyan

03 Kasım 2015
2 313
2
Gəlişin bir yuxu idi,gedişinsə üsyan
Gəlişin bir yuxu idi,gedişinsə üsyan

Gəlişin bir yuxu idi,gedişinsə üsyan

Bilirsənmi sevgilim, o gecə heç yatmadım .Yay gəlmişdi, təbiətim yaşıllaşmışdı. Bilirsənmi niyə çünki sən gələcəkdin, necə yata bilərdim axı ?....
Kirpiklərim bağlanmadı heç cür, həyəcanla yeni doğan günəşi salamlamağı gözlədim. İllərdən sonra ilk dəfə görüşəcəkdim səninlə.. Yata bilmədim heç cür. Səhərin ilk işıqları idi. O səhər nece də uzun idi bitmək bilmirdi, tapa bildiyim ən gözəl paltarları geyərək sənin üçün yola düşdüm.
Gəlişin elə böyük təsəlli idi ki, gecələr boyu xəyalini qurduğum xəyallarımdan belə daha gözəl idi. Uzaqdan gözlərini gördüm əvvəl, o dodaqlarındakı qəlbimi rahatlaşdıran gülüşün nə gözəl idi...

Gəlişin bir yuxu idi,gedişinsə üsyan

Çox yaxşı xatırlayıram yay fəsli idi, şəhərim sən gələcəksən deyə günəş açmışdı, titrəyən budaqları yaşıllaşmışdı ağaclarımın, kəpənəklər də sevincimə şərik olmuşdu. Halbuki səndən əvvəl hüzn yağardı xəyallarıma.

Heyran baxışlar tanış oldu əvvəl, ardından utancaq davranışlar. Əvvəl səni seyrə dayandım uzun uzun, içimə axıdırdım doyumsuz gözəlliyini. Sənin isə yanaqların qızarırdı, qarşındakı heyran gözlərin ardında. Hara gedəcəyimizi bilmədən gəzməyə başladıq ehtiras sahilində. Xoşbəxtlik küləkləri sürüyürdü bizi, yəqin ki səndə xoşbəxt idin. Həm duyğularımız, həm gözlərəmiz həm də dodaqlarımız danışırdı.

Bəzən dayandıq, bəzən getdik, zaman sürətlə irəliləyirdi.
Zamanın dayanmasını arzulayırdıq çünki çox xoşbəxt idik . Amma səhər başlayan günəş batmaq üzrə idi , axşam olurdu və sən getməli idin. Ayrılığın hüznü əks olunmuşdu gözlərimizə o gün bir xəyal kimi idi, zümzümə edərək mənə yenə gələcəyini söyləmişdin. Sən itənə qədər ardından baxdım, səni məndən ayıran küçələrdən gözlərimi çəkə bilmirdim.


Gəlişin bir yuxu idi,gedişinsə üsyanGəlişin bir yuxu idi, gedişinsə üsyan..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 3 Kasım 2015 18:53
    Gəlişin bir yuxu idi, gedişinsə üsyan..

    Gesey sozlerdı.. Tewekkurler
  2. -Aydan-
    -Təşəkkürlər))
    -Maraqlı məqalə idi)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.