Səni isladanın əslində yağış deyil eşq olduğunu anlaya bilərsənmi?
Sən, təkliyə inad bütün bir gecəni,
sevgilinin xülyasıyla keçirə bilərsənmi?
Gəlməyəcəyini bilə-bilə, sanki hər an qapıdan girəcəkmiş kimi gözünü qırpmadan səhərə qədər gözləyə bilərsənmi?
Bu günə qədər nə yaşadınsa yaşadın.
Bunların hamısından sıyrılıb, özünü əsla itirmədən yeni bir şəxslə başqa dünyalar qurub yeni həyatını xoşbəxt etmək üçün məşğul ola bilərsənmi?
Yağışın altında ağılında sevgilin, dodağında onu izah edən bir mahnıyla zümzümə edərək saatlarla gedə bilərsənmi?
Halbuki hər kəs qaçmaqdadır yağışdan.
Səni isladanın əslində yağış deyil eşq olduğunu anlaya bilərsənmi?
Ürəyini cəsurca açıb, bəzən ağlamanı, bəzən ümidsizcə gözləməyi, bəzən
hirslənməyi və hər kəsin dinc olaraq xarakterizə etdiyi
sakit gözləməsiz, sürprizlərə bağlı həyatını tərk etməyi gözə ala bilərsənmi?
Nəfəs almağını çətinləşdirən, ürəyinin yerindən atılacaq kimi çarpmasına
səbəb olan, xoş amma zaman zaman da çətinlik verici o
həyəcanı, saxlamağa ya da azaltmağa çalışmadan hər vaxt daşıyabilərsənmi?
Həsrətin, kiçik bir közdən, şəhərləri yanacaq böyük bir yanğına çevrilməsinə icazə verə bilərsənmi?
Əldə etdiyin hər şey sənin olsun.
Sən sabah üçün xəyal qura bilərsənmi?
Arzuladığın sevgiliyə qovuşmanın xəyalini qərargaha cəsarət edə bilərsənmi?
Bunu edərkən bəzilərinin sənə "axmaq" dəmə riskini gözə ala bilərsənmi?
Heç bir şey düşünmədən, yalnız o anı yaşayıb ürəyini, beynini,bədənini coşğunun və həzzin qucağına təslim edə bilərsənmi?
Harada olduğunu, kim olduğunu, kimlərlə olduğunu unudub,
sıyrılıb qayğılardan rəqs edə bilərsənmi saatlarla?
Həm özünü həm sevgilini səhvləriylə, dəyişdirmədən qəbul edə bilərsənmi?
Hər günə yeni bir ad verib başqa başqa mənalar qata bilərsənmi?
Heç kimin görmədiyi gözəllikləri fərq edə bilərsənmi?
Ruhuna xəyanət etmədən, yalnız ürəyinin səsini
dinləyərək və ürəyin sənə "o" dedikcə onun izindən gedə bilərsənmi?
Söylə, sən həqiqətən mənə aşiq ola bilərsənmi?