Ayrılıq acısını unut

13 Kasım 2015
1 814
3
Ayrılıq acısını unut
Ayrılıq acısını unut



Ayrılıq acısını unut



Hələ də keçmiş sevgilinizi unuda bilmirsiniz?


Mütəxəssislər sevib ayrılanlara çəkdiyi iztirablardan xilas olmaq üçün aşağıdakı mərhələlərdən keçməyi məsləhət görürlər:


Ayrılıq acısını unut


* Şokolad terapiyası


Sevginin buraxdığı acı xatirəni unutmağın ən yaxşı yolu şokolad yeməkdir. Şokolad yeyərkən orqanizmin istehsal etdiyi hormon ilə sevdiyiniz zaman ifraz olunan hormonlar eynidir. Beyin bunu bir-birindən fərqləndirə bilmədiyi üçün şokolad yeyərkən özünüzü çox xoşbəxt hiss edəcəksiniz. Üstəlik, keçmiş sevgiliniz ağlınızın ucundan belə keçməyəcək.


Ayrılıq acısını unut


* Qarderobu yenilə!


Köhnə geyimlərinizi qarderobunuzdan çıxarın. Onları ehtiyacı olanlara verin. Sevgilinizin xoşladığı, onunla birgə aldığınız, ondan hədiyyə gələn hər şeyi atın. Özünüzə yeni, üstəlik, üslubunuza yad olan, fərqli tərzdə geyimlər alın. Beləliklə, özünüzə inamınız artacaq, əhvalınız yüksələcək.


Ayrılıq acısını unut


* Gözəllik salonu


Özünüzü ərköyünləşdirin. Özgüvəninizi artırmaq və şıltaqlıq etmək üçün ən yaxşı məkan gözəllik salonudur. Manikür və pedikür etdirin, saçınızın formasını dəyişdirin. Ancaq dəyişikliklər radikal olmamalıdır. Çünki belə dəyişiklikləri keçmiş sevgiliniz və ətrafınızdakılar depressiya əlaməti olaraq qəbul edə bilər.


Ayrılıq acısını unut


* Dostlarla çılğın ziyafətlər


Sevgiliniz varkən böyük ehtimalla dostlarınıza çox vaxt ayıra bilmirdiniz. İndi təkliyinizin dadını çıxarın və dostlarınızla görüşüb çılğın ziyafətlər təşkil edin. Həmin ziyafətlərdə çəkilmiş fotolarınızı sosial şəbəkələrdə paylaşmayın. Çünki bu, keçmiş sevgilinizə acıq vermək kimi qiymətləndirilə bilər. Acıq vermək isə keçmiş sevgilisini hələ də unuda bilməyənlərin vərdişidir.


Ayrılıq acısını unut


* Əsas vuruş


Ayrılıq iztirabından xilas olmaq üçün hər gün şokolad yemək, çılğın məclislərə getmək olmaz. Artıq həyatınıza yeni birini daxil emtəlisiniz. Bu, keçmiş sevgilinizi tamamilə unutduracaq. Keçmiş təcrübələrdən faydalanaraq bu dəfə münasibətinizdə özünüzdən daha əmin olun. Özünüzü sevməkdən əsla vaz keçməyin!


Ayrılıq acısını unut
Əvvəlki Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 13 Kasım 2015 12:48
    Ayrılanlar ucun faydalı xeberdı.. Tewekkurler
  2. Minyon giril
    cox gozel idi redaktesi wirin olmuw ellerine salik
  3. -Aydan-
    Deyilənə görə şokalat daha yaxşıdı..
    -Təşəkkürlər...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.