Bu dünya ikimizin dünyası olsun...

12 Kasım 2015
1 721
3
Bu dünya ikimizin dünyası olsun...
Bu dünya ikimizin dünyası olsun...


Bu dünya ikimizin dünyası olsun...

Sus, daha dinməyək danışmayaq biz,
Nə açaq, nə bükək,sirr qalaq belə.
Pünhan bir eşq olsun bizim sevgimiz,
Düşməyək söhbətə düşməyək dilə ...

Dost olaq görənlər dost sansın bizi,
Kimsəyə etməyək aşikar nəsə.
Məni səndən soruşan olsa birisi ,
Diqqət et, heç nəyi vermə büruzə ..


Vaxt tapsaq xəlvətcə cıxıb gedərik
Dənizə, sevgimiz orda çağlayar.
Göz-gözə baxaraq, asta dinərik,
Birdən sözlərimizi eşidən olar ..

Eh, sevgi gör bizi nə hala salıb,
Qınaqdan qaçırıq, budur qəbahət.
Yuxumda yox olub, yuxumda qaçıb,
Budurmu, yenidən söylə de sevmək ...


Nə yazmaq olmayır,nə dəki demək, ,
Gəl bu sevgimizi götürək gedək.
Razısan,hə denən ,sevinsin ürək,
Vüsalı biz dadaq, öz aramızda...

Həsrət nə karədi alışsın, yansın,
Çoxları çox sözü danışsın, nolsun..
Sən özün dünyada mənə dünyasan,
Bu sevgi ikimizin dünyası olsun...


Seymur qanadlanıb uçar sevginlə,
Şəm olar,odlanar, məhəbbətinlə.
Ver əlin, biz tutaq qoşa əl -ələ,
Bu dünya ikimizin dünyası olsun...


Bu dünya ikimizin dünyası olsun...


MÜƏLLİF : SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Nilay
    • Nilay
    • 14 Kasım 2015 22:53
    Çox gözel iydi teşekkürer
  2. Minyon giril
    Seymur Sonmezin cox weirin gormuwem cox gozel yazir :) ellerine salik
  3. -Aydan-
    ...............-Buyurun-...............
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.