Sənə oyandım yenə bu gün…

04 Aralık 2015
2 142
3
Sənə oyandım yenə bu gün…
Sənə oyandım yenə bu gün…

Sənə oyandım yenə bu gün…

Sənə oyandım yenə bu gün…
Gözümü açdığımda,
Xəyalın vardı yatağımın bir ucunda
Elə günahsız, elə içdən bir halın vardı ki,
Baxmağa belə qıya bilmədim…..
Halbuki nə çox Tutmaq istədim əllərini,
və nə çox sarılmaq istədim o xəyalına….
Amma qorxdum
Tuta bilmədim, yaxınlaşa bilmədim yanına belə
görüncə anladım ,Ürəyim istilənincə,
xəyalin qarşımda elə dikili durunca anladım
Gecə uzaq idi halbuki…
nə qədər baxsam sənə,
o qədər itəcəkdim yanında

Sənə oyandım yenə bu gün…

Səsin qarışsin istədim hər bir sözümə
üsyan olsun istədim
kim bilər, neçə qış səhərini daha yaşadacaqsan
mənə
kim bilər, neçə səhərimə daha qonaq olacaqsan belə
yavaşca
kim bilər, hansı yuxu məni sənə, səni də mənə
gətirəcək..
heç bilmirəm…..
halbuki baxıram da, həsrətin çöküb içimə
səsim ondan çıxmamış
toxunmaq istəyərkən belə toxuna bilməmişəm
əllərim qanamış, əllərim ağlamış
‘kimə' ya da ‘nəyə' üsyan bu bilmirəm
bildiyim tək bir şey var
mən hər səhər səni eyni yerdə görürəm
zamanla alışıram yəqin səninlə olmağa
yoxluğunu belə gətirmirəm ağılıma
hətta yox ola bilmə ehtimalını belə düşünə bilmirəm


Sənə oyandım yenə bu gün…

Nə qəribə deyilmi?
əllərin yox, üzün yox, bədənin yox,
Amma mən səni bu yoxlar içində belə
varmışsan kimi yaşadıram
Əslində heç olmadığın qədər olursan o an yanımda
Və mən o surəti belə sevirəm əslində yanımda
indi hazırlan getmə vaxtı
Qaranlıq üzünü göstərməyə başladı belə
Gedərkən bir sarılsam sənə deyirəm amma olmur…
Haydı get indi dayanma get…
Amma sabah yenə gəl səhərimə…
Mən yenə səninlə oyanacağam səhərə


Sənə oyandım yenə bu gün…

Və sən yenə mənimlə olacaqsan qaranlığa inad
dünyamda
Haydı get indi get…
Tək bir söz söylə və get
Sabah görüşmək üzrə…

Sənə oyandım yenə bu gün…
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    tewekkurler xebere gore
  2. Duyqulu Melek
    3-cu bendi cox sevdim saolun
  3. sevgi^_^
    son hissesini daha cox beyendim saolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.