Dənizdən həmişə qorxmuşam mən

27 Eylül 2014
3 960
0
Dənizdən həmişə qorxmuşam mən
Dənizdən həmişə qorxmuşam mən


Dənizdən həmişə qorxmuşam mənDənizdən həmişə qorxmuşam mənDənizdən həmişə qorxmuşam mən


..dənizdən həmişə qorxmuşam mən..uzaqdan baxmaq rahatlıq verib,düzdür..amma heç vaxt tam yaxınlaşa bilməmişəm..qorxulu,qəmgin,dərdli dənizlər..dənizlərin o qədər hekayəsi var ki,bizim bilmədiyimiz..o qədər sirrlər bilirlər ki..o qədər intihar,qışqırıq,səssiz baxışlar..dənizin dibləri qorxudur məni həmişə..dərinlikdəki ümitsizliklər..bitən həyatlar..puç olmuş xəyallar..dənizdə o qədər göz yaşı var ki..darıxanda dərdləşdiyimiz,bəzən üstünə qışqırdığımız,bəzən susaraq baxışdığımız, üzdən çox möhtəşəm,içdən dərdli dənizlər..biranlıq düşünürsən..əgər hər şey fərqli olsaydı necə olardı? dənizlərin dili olsaydı məsələn?..o danışarkən biz bu qədər səbrlə dinləyə bilərdik?..dənizin dalğalarıdır məni qorxudan..küləkli havalarda eşitdiyim dalğa səslərindən qorxuram..belə vaxtlarda danışır onlar..dalğalarını qayalara çırparkən edir üsyanını..içindəki sirrlərdir danışan..həyatlardır..kimlərinsə cəsarətsizliyi,kimlərinsə susqunluğu,kimlərinsə qarşılıqsız sevgiləri..qorxuram dənizlərdən,bəli..amma sevirəm.bütün dərdləri,günəşlə rəqs edən parlaqlığı,bəzən sakitliyi,bəzən əsəbi ilə sevirəm..birini hər şeyi ilə qəbul etmək kimi..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.