Və bir gün..

29 Mart 2016
3 440
3
Və bir gün..
Və bir gün..

Əfsunə ayna qarşısında dayanıb özünə baxırdı... İllər necə də dəyişmişdi onu. Nələr nələr yaşamışdı bu illər ərzində. Yenə də doğulub böyüdüyü bu şəhərdə keçmişi xatırlayırdı: Çox kasıblıq içində böyümüşdü, atası onun 10 yaşı olanda ağır xəstələnmişdi, işlədiyi zavodun müdiri aylarla maaş vermədiyindən müalicə elətdirə bilməmiş və vəfat etmişdi... İllər çətinliklə, yoxsulluqla keçmiş, Əfsunə böyümüşdü, Universitetə qəbul olduğu il yenə də həyatın çətinliyi ilə üz-üzə gəlmişdi, imkansızlıq ucbatından təhsildə ürəyincə olmayan bir addım atmışdı. Elə həmin il həyatında çox şey dəyişmişdi onun. Universitetin Başqa bir fakültəsindən öz həmyerlisi olan biri həyatına girmişdi, həyatında ilk dəfə birinə bu qədər güvənib,bağlanmışdı... Aradan illər keçmiş, vədlər verilmiş, əhdlər bağlanmış, ailə qurma planları qurulmuşdu. İlk olaraq sevdiyi oğlan ailəsinə açıqlamışdı vəziyyəti, ailənin isə cavabı heç də xoşagələn olmamışdı. Hətta qətiyyən qarşı çıxılmışdı, ata çəkdiyi əziyyətləri, xərclədiyi pulları oğluna xatırlatmış, ana isə özünü xəstəliyə vurmuş, hətta südünü halal etməyəcəyini demişdi oğluna. Və hətta Əfsunənin anasına xəbərdarlıq göndərmişdi ki, qızına sahib çıxsın! Ana isə çox dilxor olmuş, qızına qarşı artıq xeyli dəyişmişdi... Universitet bitdikdə isə gənclərin yolları ailələrin səyi ilə ayrılmışdı... Və bir gün sevdiyi insan Əfsunəyə zəng edib halallıq istəmişdi, çünki nişanlanırdı... Onun nişanlandığı qızın vaxtilə atasının işlədiyi zavodun müdirinin qızı olduğunu Əfsunə sonralar öyrənmişdi... Bütün bunlardan sonra o həyatdan küsmüş, həyatının ən ağır, çətin günlərini yaşamış bir müddət heç kimə güvənə bilməmiş və heç zaman ailə qurmayacağnı düşünmüşdü. Üstəlik anasının da onla tərs rəftarı onu tamamən həyatdan soyudurdu, qohum-tanış qızlar bir-bir nişanlanırdı və hər dəfə anasının uzun danlaqlarını eşitməmək üçün hara gedəcəyini bilmirdi. Sonunda isə onu bəyənən, son dərəcə mədəni, təhsilli zəngin bir bəylə ailə qurmuş, onunla Avropaya getmişdi... Və artıq 5 il idi ki, o ailəli idi, gözəl, şirin bir qız övladı, avropada davam etdirdiyi, ürəyincə olan təhsili vardı. Nəhayət gənclik həyatı boyu həsrət qaldığı ailə xoşbəxtliyin qurduğu ailəsində tapmışdı. Görünüşcə də xeyli dəyişmişdi, əvvəlkindən çox çox gözəl idi. Bircə gözləri, baxışları heç dəyişməmişdi... Əfsunə o insan haqda da eşitmişdi: Onun övladının olmadığını, atasının yenicə vəfat etdiyini, həyat yoldaşıyla boşanmaq üzrə olduğunu və qayınatası-zavod müdirinin həbs oluduğunu... O əmin idi ki, o insanla anası indi mütləq onu xatırlayırlar və keçmiş üçün çox peşmandırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
allah bendesi
oxshar bir hekaye....:((ne deyim ALLAH Bu kimsenin haqqi kimsede qalmaz gec tezi var...cox sag olun paylashim ucun ellerinize sagliq..tebrikler axarli olsun bu arada 64
Agaeva
Çox gözel Hekaye di ilk xeberiniz di uğurlu ve davamli olsun teşekurler
semsiyye
ela ela ela ela ela cox beyendim cool

ƏN SON XƏBƏRLƏR

HAMISI
Psixologiya Yazılı Şəkilləri 2019 (15)
21:00
158

Psixologiya Yazılı Şəkilləri 2019 (15)

06.12.2019 Gündəlik Bürclər (6 Dekabr 2019)
20:00
611

06.12.2019 Gündəlik Bürclər (6 Dekabr 2019)

Daha Arıq Görünməyin Sirləri
19:00
161

Daha Arıq Görünməyin Sirləri

2020 Yeni il Şəkilləri (5)
18:30
248

2020 Yeni il Şəkilləri (5)

Yorğunluğu əmələ gətirən 14 səbəb
18:00
74

Yorğunluğu əmələ gətirən 14 səbəb

Bəlkə Bir Gün Yazılı Şəkilləri 2019 (11)
17:00
455

Bəlkə Bir Gün Yazılı Şəkilləri 2019 (11)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
214

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

20 qəpiklik qara kömür bu xəstəliklərdə kömək edir – SİYAHI
15:00
187

20 qəpiklik qara kömür bu xəstəliklərdə kömək edir – SİYAHI

Kolleksiya Yazılı Şəkilləri 2019 (13)
14:00
397

Kolleksiya Yazılı Şəkilləri 2019 (13)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ