İnsan Tiplərinin Sevgi Məktubları

09 Haziran 2016
1 603
0
İnsan Tiplərinin Sevgi Məktubları
Kinestetik:

Mənim əzizim,mehribanım. Dəniz səyahətində pəncərədən baxarkən hər tərəf soyuq, küləkli və yağışlıdır.Təəssüf ki, bunların hamısı mənim qəlbimi sıxır çünki sənsiz darıxıram.Yalnız bir fikirdən ki,saçlarının qoxusunu içimə çəkməyim ,dərinə toxunub hiss etməyi belə tezliklə yaşamayacam.Səninlə yanaşı oturub ,qucaqlaşıb seyr etməyimiz və sərin mehin bizə toxunuşu yadıma düşür.Bütün bunları sənə yazarkən daxilimdəki hislər tufan kimi, fırtına kimidir daxilimdə.Sənə verə biləcəyim hislər saf və təmizdir.Əgər sənin də hisslərin qarşılıqlıdırsa, mən yalnız gələn il həmişəki yerimizdə sənə sarıla biləcəyim ümidlə yaşayacam.


Vizual:

Gözəlim, parlaq günəşim mənim.Son görüşümüzdən bəri gözlərimin qarşısında yalnız sənsən.Sənin iri,qara,dərin mənalı gözlərin.İlahi! Mən səni çoxdan görmürəm.Bu qaranlıq gecədə səmanın ulduzları mənə baxarkən mən gözlərimi yumub səni görürəm.Yalnız bir fikirdən ki,səni tezliklə görəcəm günəş daha da parlaq görünür,şüası düşdüyü hər yer daha gözəl olur.Gedəcəyim yollar yalnız işıqlı yollar olur.

Audial:

Unuda bilmirəm sənin səsini,gülüşünü.Saatlarla telefonda danışıqlarımızı unuda bilmirəm.Hər həfftə sonu mənimlə işlərimizin müzakirəsin,sənin valehedici səsinin hər eşidəni dinlətməyə mecbur etməyi yadıma düşdükcə üzümdə təbəhsüm yaranır. Sənin adın mənə melodiya kimi səslənir çünki sən həyatımın melodiyasısan.
cazibe.info
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.