"Sevginin yataq otağı olmur" - Ömər Xəyyam

15 Ağustos 2016
2 304
0
"Sevginin yataq otağı olmur" - Ömər Xəyyam
Heç birimiz sevgidən yaranmamışıq, sevginin yataq otağı olmur. Çoxumuzu qohum-əqrəbanın, qonum-qonşunun “bi şey – mi şey var?” sualından sonra düzəldiblər.
Hələ də dərk etməmişik ki, adını sevgi qoyduğumuz zad hissdir, yoxsa bioloji tələbat.

Biz həqiqətən, sevirik? Yoxsa bu da növbəti illüziyadır?

Adını unutduğum dahi demişdi ki, “Kişi istənilən qadınla xoşbəxt ola bilər, əsas odur ki, ona aşiq olmasın”. (Bəlkə də özüm demişəm)

Sevgidən tutmuş nifrətə qədər bütün emosional hallarının izahını verən elm bunu beyində baş verən biokimyəvi aktivliyin nəticəsi hesab edir.

Hətta 2007-ci ildə Bostonda açılmış tanışlıq agentliyi ora müraciət edənlərdən şəkil və şəxsi keyfiyyətlər tələb etmir. Onlar üçün sadəcə sidik və qan analizi kifayətdir. Vəd edirlər ki, mikrobioloji analizlər nəticəsində sizə əks cinsdən olan elə potensial sevgili tapa bilərlər. Ki, onunla 100 faiz xoşbəxt ola bilərsiniz.

Əks cinsi görən fərdlərin limbik sistemi (Bu sistem hisslərdən məsuliyyət daşıyır. Məməlilərin sürünənlərə nisbətən balalarını daha çox sevməsi və qayğı göstərməsi, onlarda limbik sistemin sürünənlərə nisbətən daha çox inkişaf etdiyinin nəticəsidir. Limbik sistem olmasaydı, insan davranışları dəniz tısbağalarından fərqlənməzdi) fəaliyyətə keçir və qana adrenalin ifrazını təmin edir. Bunun nəticəsində ürək döyüntüsü artır və sifət qızarmağa başlayır. Bu digər cinsdən olan fərd üçün bir növ siqnaldı. Daha sonra testesteron (kişi cinsiyyət hormonu) ifrazı artır. Testesteron tərlə çölə çıxır və bu zaman angesterona çevrilir. Angesteron dəri səthində olan bakteriyalar tərəfindən mənimsənilir və xüsusi qaz ifraz edirlər. Hər insanın bakteriya fonu fərqli olduğu üçün ifraz olunan qazın da özünəməxsus qoxu fərqi olur. Bu qoxu sırf əks cinsin marağını cəlb etmək üçün ifraz olunur. Əgər bu qoxu əks cinsdə xoş təəssüratlar yaradırsa bu özünün də limbik sistemini işə salır.

Daha sonrakı proseslər sırf nəsil artırma məqsədinə qulluq edir. Baş verən bütün proseslər sırf təkamülün tələbi ilə növbəti nəslin formalaşmasına xidmət edir. Aparılan araşdırmalar göstərir ki, hər iki cins seks istəyir deyə, bunu sevgi kimi təsvir edir. Çünki kişilərin və qadınların sevə biləcəyi tiplər sistematk olaraq məlumdur. Kişilərin əksəriyyəti bel və omba nisbəti 3:4 olan xanımları fiziki olaraq daha cazibədar hesab edirlər. Eyni zamanda cazibədarlıq kriteriyasına dolğun saçlar, dodaqlar, simmetrik üz qruluşu, sıx qaşlar və döşlər daxildir. Bu kişi üçün potensial olaraq daha yaxşı və sağlam nəsil yaranma imkanının olmasını göstərir. Kişilər bunu instinktiv olaraq duyurlar. Eyni şey qadınlara da aiddir. Qadınlar daha çox əzələli, uzun boylu, enli kürəkli, böyük sinəli, möhkəm qollu və özündən arxayın kişiləri cəlbedici hesab edirlər. Bu da eyni zamanda qadın üçün instinktiv olaraq sağlam nəslin yetişmə ehtimalına işarədir. Qadınların da, kişilərin də zövqləri daş dövründə necəydisə elə də qalıb. Bu gün üçün yeganə dəyişən şey libaslar, onların markalarıdır.

Elmi baxımdan təsdiqlənib ki, sevgililərdə serotonin hormonu (sevinc hormonu) ifrazı artır. Bu hormonun xüsusiliyi ondandır ki, yalnız sevdiyi şəxsi vizual olaraq görən adamlarda formalaşır. Sevgilinizi görürsünüz, bədəniniz serotonin bolluğuna düşür. Sevgilinizi görmürsünüz və ya səsini eşitmirsizsə onun ifrazı dayanır. Bədəninizdə serotonin aclığı yaranır. Sevgiliniz sizin üçün bir növ doza rolunu oynayır. Hər şey əvvəldə qeyd etdiyim kimi beyin səviyyəsində biokimyəvi balansın dəyişməsiylə baş verir. Sevgi deyilən hadisə sırf olaraq limbik sistem, hipotalamus (ön beyin) və hipofizin (bu hormon cinsiyyət üzvlərinin diferensasiyasını stimulə edir) yaratdığı hormonal kokteyllər əsasında formalaşır.

Sevginin bu cür materiallaşa bilməsi və izaha yatımlı olması sizin üçün ümumi sevgi dəyərində ucuzlaşma hissi yaratmır ki?

Bütün bu əlaqələrdə əsas faktorun beyin amilinin olması və sırf təkamülün nəsil artırma prosesi ilə əlaqədar olması, “sevginin” bir müddətdən sonra yoxa çıxması reallığını təsdiqləyir. Bəzi alimlərin fikrincə 18-30 ay sonra, bəzilərinin fikrincə 3 il, bəzilərinin fikrincə isə 4 il sonra yoxa çıxır. Müddətlərin bir qədər fərqli olmasına baxmayaraq ortaq nəticə sevginin tükənməsidir. Bu kişilərin poliqam (yuxardakıların izahını mən verdim, bunları da siz əziyyət çəkib tapın) olması ilə bağlıdır. Qadınların kişiləri şorgöz adlandırması əslində onların genetik olaraq bu cür kodlaşdırılmasındandır. Belə ki, kişilər mümkün qədər daha çox nəsil törətmək üçün daim yeni əks cins axtarışında olur. Kişiləri daim cavan qızların cəlb etməsinin əsas səbəbi də keyfiyyətli və sağlam nəsil yaratma instinkti olaraq qalır.

Digər təsdiqlənmiş faktlardan biri də feromonlardır. Kişi və qadınların ifraz elədikləri seksual cəlbedici dəmir birləşməli maddələr. Məsələn, heyvan vəzlərindən əldə olunan feromonlarla hazırlanan ətirlər həmişə əks cinsi cəlb edir. Onda beyninin cinsi orqanları və sevgi hissini idarə edən beyin mərkəzləri aktivləşir.

Biomexaniki təsir nəticəsində insanın instinktiv robotlaşması prosesi.

Ömər Xəyyam

alov.tv
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.