Ona bir məktub yazdım

09 Ekim 2014
1 604
0
Ona bir məktub yazdım
Ona bir məktub yazdım


Getmək istəyəni və gedəni heç bir söz geri gətirməz bilirəm, amma ümid həmişə həyatın içindədir. İnsan nə isə etmək, bir yolunu tapmaq, gedəni geri gətirmək istəyər və mümkün olmadığını bilə-bilə yola çıxar. O, uzaqlardadı, amma aramızdakı məsafə bir mesaj qədər, bir məktub qədərdir. Zəng edəndə açmır, mesajlarıma cavab vermir, oxuyurmu, yoxsa oxumur, onu da bilmirəm.... Əbədi bir sevgi olsun istədim. Onu çox sevdim, çox uzun yazmalıydım. Başa düşməliydi məni, geri gəlməsə belə hiss etməli idi onu nə qədər sevdiyimi.

Bəlkə də bir məktub zərfinə sığmayacaq qədər çox oldu yazdıqlarım. Birdən oxumaz deyə düşündüm və 7-ci səhifəni yazanda məktubu cırıb atdım. Niyə yazırdım axı bu məktubu. Bu qədər uzun yazmağın nə mənası var deyə düşündüm... Hansı acı bir insana yeddi səhifə məktub yazdırar!? Yazdıran səbəb acı deyildi, bunu hiss etdim, bəs nə idi !?

Yeni bir kağız götürdüm və üzərinə “bəlkə də hər şey bu kağızın arxasındadır” deyə yazdım. O gün o məktubu göndərdim.
Hərdən o qədər özümü yalnız hiss edirəm ki, özümü ovutmaq üçün, özümün özümə söylədiyim yalanlara belə inanıram.Bəzən bir münasibətdən sonraya ancaq silməyə qıya bilmədiyin mesajlar qalır. Zaman içində onları da silirsən, çünki heç bir acı qalıcı deyil. Sadəcə canımızı incitməyə gəlirlər, çünki qalmağa yerləri yoxdur... Əslində heç kimin bizdə qalacaq bir yeri yoxdur, bəziləri ruhumuzun, bəziləri bədənimizin ziyarətçisidir...



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.