Sevgilinizin hansı xarakterdə olduğunu bilirsinizmi?

30 Aralık 2021
4 758
0
Sevgilinizin hansı xarakterdə olduğunu bilirsinizmi?
Hər bir insanın xarakteri müxtəlif olduğu kimi sevgi dili də müxtəlifdir. Sevgi dili isə bir-birmizə sevgimizi ifadə edərkən istifadə etdiyimiz üsuldur. Sevgi dillərinin sayı əsasən beşdir:

1) Xidmət

2) Xoş söz

3) Asudə vaxt

4) Fiziki təmas

5) Hədiyyə

Əgər bu maddələri misalarla izah etmiş olsaq, yemək bişirmək bir sevgi ifaədsidir. Bir şeyi bəyəndiyini demək sevgidən irəli gəlir. Bir-bir ilə xoş vaxt keçirmək ancaq sevgi ilə mümkündür. Həyat yoldaşınızın əlini tutmaq sizin ona sevginizi göstərir. Gül almaq sevgini ifadə etmək başqa bir formadır...

Bəs görəsən, həyat yoldaşınız bu 5 sevgi dilindən daha çox hansı yaxındır? Çünki hər sevgi dilinin öz yeri olsa da hər insan üçün ancaq bunlardan biri əsasdır. Buna görə də əgər həyat yoldaşınızın daha çox xoş sözə ehtiyacı varsa, məsləni gül almaqla həll etmək istədiyiniz nəticəni verməyə bilər. Çünki o güldən çox, sizdən xoş söz gözləyir. Başqa sözlə, həyat yoldaşınızın sevgi dilini kəşf etsəniz, özünüzü "boş yerə yormaqdan da” xilas etmiş olarsınız. Təbi ki bu 5 sevgi dilinin beşinə qarşı həsas olan tərəflərdə az deyil.Əgər belə bir həyat yoldaşınız varsa, deməli, işiniz çox çətindir. Ancaq yenə də narahat olmağa ehtiyac yoxdur. Çünki sağlam dialoq və qarşılıqlı anlaşma ilə ortaq məxrəcə gələ bilərsiniz.

Həyat yoldaşınızın zəka növünü bilirsinizmi?


Bəs həyat yoldaşınızın hansı zəka növünə malik olduğunu bilirsinizmi? Zəka dedikdə ağlımıza həmişə riyazi zəka və ya başqa sözlə, möhkəm yaddaş gəlir. Əgər bir uşağın riyazi potensialı güclüdürsə, onun zəkalı olduğuna inanırıq. Çox danışan və çox hərəkət eliyən uşağın isə o qədər də zəkalı olduğunu düşünmürük. Sakitliyi və hərəkətsizlityi ağıllıq kimi qələmə verdiyimiz üçün çox danışan və çox hərəkət edən uşağa da daha çox bunu məsləhət görürük.

Halbuki, çox danışan uşaq "nitq zəkasına”, çox hərəkət edən uşaq isə "fiziki zəka” ya malikdir. Təbii olaraq bu uşaqların birindən yaxşı bir natiq, o birindən isə yaxşı bir idmançı yetişə bilər. Bİr sözlə, zəka təkcə riyazi potensialdan və ya möhkəm yaddaşdan ibarət deyil. Üstəlik bu təkcə uşaqlara aid deyil. Məsələn, həyat yoldaşınız insanlarla ünsiyyətdə daha bacarıqlıdırsa, deməli o "sosial zəka”ya malikdir. Bundan başqa, musiqi zəkası, fərdi zəka, vizual zəka, kimi başqa zəka növləri də var.

Sizin üzərinizə düşən əsas vəzifə həyat yoldaşınızın hansı zəka növünə malik olduğunu kəşf etmək və münasibətlərinizi buna görə nizamlamaqdır. Bir sözlə, zəkası olmayan insan yoxdur. Sadəcə olaraq, zəkalar müxtəlifdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.