"Seni Sevirem" demeye utanirsan?bunu sozler olmdanda ifade et;)

01 Kasım 2014
7 770
0
"Seni Sevirem" demeye utanirsan?bunu sozler olmdanda ifade et;)
"Səni sevirəm” sevgi etirafının yeganə olu deyil. Sən bunu sözlər işlətmədən edə bilərsən
bunun üçün bir neçə şərt var.
1. Bacardığın qədər onun yanında ol. Ona sevdiyini sübut eləmək üçün maksimum diqqət və
qayğı ilə əhatə etməlisən.Bitib tükənməz ev işini,kompyuteri,televerilişləri ,xobbini bir müddətlik
kənara qoyub onunla maksimum zaman keçirtməlisən.
2. Onun sevinməyinə səbəb ol. Sevən qadın sevdiyini daima xoşbəxt görmək istəyər. Bunun
üçün hər şeydən əlavə səmimi gülümsəməlisən. Yüksək əhval –ruhiyyən ilə onu yoluxdur,bu
onun üçün önəmlidir,xüsusən də çətin günlərində.
3. Hədiyyələr və sürprizlər et. Bunun üçün hər-hansı bir bayram şənliyini gözləməyə ehtiyac
yoxdur,öz əlinlə nələrsə hazırlaya da bilərsən. Hədiyyə və sürpriz üçün hər zaman səbəb
tapmaq mümkündür əsası-istək olsun.
4. Məsafədə diqqət. Harda olursan ol,stolun o başında,binanın 5-ci mərtəbəsində və yaxud
başqa ölkədə,hər zaman ona diqqət işarələri göndər,ona gülümsə,pəncərədən bax və ya
gülməli mesaj göndər
5. Onu dinlə. Təkcə qulaqlarla deyil,ürəyinlə dinləyib anlamalısan. O bunu hiss edəcək və
ozünün sənin üçün nəqədər əhəmiyyətli olduğunu anlayacaq.
6. Qucaqlamaq. Əslində qucaqlamaq (sevdiyini qucaqlamaq isə daha da çox) nə qədər faydalı
hormonların ifraz olunmasına səbəb olduğunu bilirdiniz mi? Sarılmaq sözlərdən də güclü silah
və ifadə tərzidir.. Həm də,bu ,onu dəstəkləməyinə ,qayğısına qalmağına və sevdiyinə bir
işarədir.
7. Heç nə tələb etmə. Sən ondan hisslərinə cavab verməyi tələb edə və ya əmr edə bilməzsən.
Hərəkət və jestlərinə cavab reaksiyası görmürsənsə hirslənmə. Seevgi şərtsiz və qərəzsiz
olmalıdır.Digər tərəfdən isə,onun sizin fikirlərinizə öyrəşməyi və qərar qəbul eləməyi üçün vaxt
lazımdır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.