Sən ki mənim ömrümə,min illiyə gəlmişdin

21 Kasım 2014
1 810
0
Sən ki mənim ömrümə,min illiyə gəlmişdin
Sən ki mənim ömrümə,min illiyə gəlmişdin


"Hardasan"

Sən ki mənim ömrümə,min illiyə
gəlmişdin,
Mən təkcə səninəm,sənin deyə
gəlmişdin,
Belə tez gedəcəkdin,axı niyə
gəlmişdin?
Bu tikanı ürəyimə əkən kəs.
Hardasan?

Deyirdin darıxsan səslə,gələcəm,
Səninçün göylərdən bulud
dərəcəm,
Dünyada tək səni,səni sevəcəm,
Səni səsləyirəm eşitmirsən bəs?
Hardasan?

Mən sənin ürəyin,sən mənim
canım,
Bu sözlər səslənir,quruyur qanım,
Qoyma eşq odunda tək tənha
yanım,
Durma,bu həsrətin nəfəsini kəs.
Hardasan?

Yadigar qoymusan mənə övkəni,
Gəl çıxart qəlbimdən
kədəri,qəmi,
Heç cəhd də etmədim unudum
səni,
Qəfildən peyda ol,tufan kimi əs.
Hardasan?

Göydən göndərilmiş mələksən
mənə,
Günah yazmayaydin gərək sən
mənə,



Bir içim su kimi gərəksən mənə,
Yenidən hüzur et,səsimə ver səs.
Hardasan?

Sən ki,mənim ömrümə min illiyə
gəlmişdin,
Mən təkcə səninəm,sənin deyə
gəlmişdin,
Belə tez gedəcəkdin axı niyə
gəlmişdin?
Bu tikanı ürəyimə əkən kəs.
Hardasan?

Müəllif:Xəlil Adıgözəl.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.