ewqi bawladan davraniwlar❤

07 Aralık 2014
1 473
0
ewqi  bawladan  davraniwlar❤

Bəzən xoşladıqları qadından gələn heç gözlənilməzləri bir hərəkət kişilərə təsir etməyə çatır.

Dünyada məşhur bir qadın jurnalına danışan kişilər xoşladıqların qadınla bir münasibətə başlamalarına səbəb ola bilən hərəkətləri izah etdi.

Bu da onlardan bəziləri:

"Sevgilimlə idman edirdik. Sərt bir hərəkət etdi və barmağı incidi. Mən ilk kömək çantası tapmağa çalışarkən o son dərəcə soyuqqanlı bir şəkildə vəziyyəti idarə etdi və əsla çaxnaşma olmadı.
Bu mənə onun irəlidə yaşaya biləcəyimiz çətin günlərdə mənə köməkçi ola biləcək bir xasiyyəti olduğunu göstərdi. Ona güvənməyə başlamışdım."

"Bir dəfə yeni görüşməyə başladığım qız yoldaşıma anamın ən sevdiyi mahnını söylədim. Bir müddət sonra yoldaşlarla getdiyimiz bir karaoke barda o eyni mahnını gözəl və kütləni coşduraraq söylədi. Çox təsirlənmişdim. "

"İrəlidə birlikdə olacağım sevgilimlə ilk dəfə çölə çıxanda məni Rus yeməkləri bişirilən bir restorana apardı. Məni fərqli dadlarla tanış etdi və sifarişi də Rusca verdi. Bu qeyri-adi ilk görüşdən çox təsirlənmişdim."

"Bir müddətdir görüşürdük. İlk dəfə məndə qaldığı gecə ikimiz də sabahısı gün girəcəyimiz əhəmiyyətli iclaslara fikrimizi yönəltmişdik.
Mən kompüter başında işləyərkən o da yanıma oturub öz işləriylə maraqlandı. Gözəl bir gecə idi."

"Birlikdə çılğın şeylər edərək əyləndiyimiz gecə ona aşiq olmuşdum. Yatağın üzərində uşaq kimi tullandıq, gülməli sözlər seçərək söhbət etdik. Əyləncəli və cazibədar idi."


Bəs siz qızların hansısa hərəkətindən təsirlənmisiz? Necə olub?




Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.