Hərdən Olur ki...

27 Aralık 2014
2 194
0
Hərdən Olur ki...
Hərdən Olur ki...
Hərdən Olur ki...



Hərdən Olur ki,gecənin ritmiylə fikirləşib sabahı ağ vərəqlə başlamaq ümüdilə gözlərini yumasan...Olur ki,hər sabah eyni mənzərəni görüb tənbəlliyinə salırsan,gözlərini yumub başını yastığa qoyursan,gözlərini yumub həmin gününü qurursan,amma çox da fərqli bir şey tapa bilmirsən...

Hərdən Olur ki...


Olur ki,məsləhət verənlər çoxalır,mənasızlaşır öyüd nəsihət; hər dəfə eyni sözləri eşidəndə gözlərini yumursan və son hərfi gözləyirsən..Olur ki, əlindən tutursan; istiliyini həyəcanını,ən əsas da xoşbəxtliyini hiss eləyirsən,elə o an da gözlərini yumub bu yuxunu əbədiləşdirmək istəyirsən..
Hərdən Olur ki...



Olur ki,hisslərin buz bağlayır,korlaşır, gözlər tutulur ayaqlar, elə bil ürək də artıq döyünmür;yenə də gözlərini yumursan,qaranlıqda özünə yer axtarırsan bu dəfə...Olur ki, nəfsin daş -qaşla bəzədilmiş arabasının arxasıyca düşürsən,qaçırsan dalıyca,amma görmürsən ki,yəhərdə şeytan var; çünki nəfsin gözlərini bağlayib..
Hərdən Olur ki...



Olur ki, əynində dəbə uyğun geyim,cibində pulun; hamının diqqətini cəlb etmək istəyirsən,amma yoldakı dilənçinin həm nifrət,həm də yazıqca baxışına tuş gələndə gözlərini yumub sadəcə bir anlıq düşüncə dənizinin dalğalarını hiss eləyirsən...

Hərdən Olur ki...


Olur ki,həyatın qısalığından şikayətlənirsən,qadağalara qarşı gəlirsən,sənə sərf eləyəni seçirsən,qırdığın ürəkləri vecinə almırsan,sənin qəlbini qıranları heç vaxt unutmursan,hörməti yaltaqlıq kimi anlayırsan,yaltaqlığı qürurunla dəyişirsən,özünü çoxbilmiş kimi aparırsan;səbrsizləşmək,özündən çıxmaq,hərarət,çılğınlıq,başıboşluq,bir günlük dəlilik,özünü tanımaq,ruhunla mübarizə..
Hərdən Olur ki...




Olur ki,gec də olsa, hər şeyi anlayırsan,titrək əllərinlə əsas dirəyin olan əsandan bərk-bərk yapışırsan...Artıq düşünməyə gücün,bir addımlıq taqətin qalmayıb...Bir neçə saniyədə bütün həyatın gözünün önündən film kimi keçiir; və bir az sonra GÖZLƏRİNİ YUMURSAN...ama bu dəfə bir az fərqli olacaq : ruhun azadlığına qovuşacaq,cisminsə qiymətini itirəcək

Hərdən Olur ki...



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.