Bənzərsiz sevgilim

16 Ocak 2015
1 985
0
Bənzərsiz sevgilim
Bənzərsiz sevgilim

Sən bilmədin bunu... Bilme! Eşitmə səsimi olarmı? Mən yenə eyni yollardan gedirəm... Yene güzgüdə gülürəm özümə. Yene islanır gözlərim sənsizliyin ortasında. Yene eşidirəm quş səslərini. Sən eşitmə məni olarmı? Mən hər şeyə baxmayaraq yaşayıram. Bəlkə sənsiz bəlkə çarəsiz. Amma inan xoşbəxt bir aşiqin hüznüylə yaşayıram. Bir endi bir çıxdı qayalara vuran dalğalarda ürəyim. Sənsizliyin verdiyi ağır ağrını çəkdim yenə. Olsun Sevgilim sənə dəyər.
O ən qiymətli duyğunu yaşatdın mənə. Sənin üçün hər şeyə dəyər. Hayata eşqə gülən, lağ edən məni nə hala çevirdin sən. Halal sənə ey sevgili. Qaça bilmədiyim qədər yaxın, tuta bilməyəcək qədər uzaq yerdəsən. Bilmədin. Bilməyəcəksən.

Sevginin yerini riyakarlığın aldığı bu zamanda tapa bilmədiyin qədər sevgi təqdim etmişdim sənə halbuki. İmkansız eşqim mənim. Qürurum, alıb verdiyim nəfəsim. Köhnə şəkillərimdəki saf və uşaqcasına gülüşümsən sən. Sənə bu qədər yaxınkən uzaqlardan izləmək qəlbimi ağrıdır. Gözlerine baxa bilməmək, sevdiyimi qışqıra bilməmək, səni həmişə uzaqdan izləmək inan ağrıların ən böyüyüdür
Həmişə mən yaşadardım bu hisləri başqasına. İndi niyə mən? Bəlkə də Allahın cəzasısan mənə. Görmediyim sevgilərin intiqamı bəlkə də. Kim bilər? Bəlkə də tutan bir ah-naləsən sən. Off Sevgilim. Həyatıma əvəz oldun sən.
Yalnız səninlə qurulu bir həyatdayam indi. Səhər oyandığımda naharımsan sən. Küçədəki yaşlı qadınsan. Bir quş səsisən. Atdığım addımsan. Kitablarımsan. Xoşbəxtliyim və hüznümsən.

Yaşadığım hər yerdəsən sən. .Ahh bir bilsən. Dünya bildi sən bilmədin bənzərsiz Sevgilim. Lakin birlikdə yaşamaq vardı bütün gözəllikləri. Dizində yatmaq və gözlərinə baxmaq sonun başlanğıcı olardı bəlkə. Və sevdiyimi qışqırmaq səsim kəsilənə qədər. Dəli edən təkliyin ortasındayam indi. Sən hardasan, kimlərləsən ağılıma düşdün ey Sevgilim. Ürəyimdə olmağın çatmadı.
Artıq cavab gətirə bilmədiyim kimi sualda soruşa bilməz oldum. Nə çəkilməz əziyyətmiş eşq ağrısı. Nə ağrıymış İmkansız Sevgini tək yaşamaq. Həyata dair istədiyim tək şey sənsən. İlkimsən mənim və sonum olacaqsan. SƏNİ SEVİRƏM BƏNZƏRSİZ SEVGİLİM...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.