İnsanları heyrətə salan ağdaşlı əlil rəssam - VİDEO
Allah bir yerdən bağlayanda digər tərəfdən açır deyiblər. 21 yaşlı Qənirə Xəlilova da fiziki imkanları məhdud olsa da özünü bəxtsiz saymır.
Ağdaş rayonunda dünyaya gələn Qənirə 3 yaşında xəstəlik keçirib elə o vaxtdan da ayaqları tutulub. Amma böyüdükcə həyatdan küsmyib, əksinə mücadilə aparıb. İndi Qənirə bacarqılı əlləri ilə hər kəsi təcübləndirir.
Daha çox səhər erkən işləməyi sevən gənc rəssam taleyini nədənsə gunəşin qurub çağında təsvir edib.
Illərdi Qənirəni qolları üzərində gəzdirən atası Nazim Xəlilov övladını qüsürlü hesab etmir. Deyir nə qədər imkanım var idi qızımın müalicəsi ilə məşgul oldum, bundan sonra isə onun sənətinin inkişafına dəstək olacaq.
100-dən cox əl işi olan gənc rəssamın indi arzusu rəsm sərgilərinin təşkilidi. Bu istedad sahibinin digər qabiliyyəti isə müəlim yanına getmədən pianinoda ifa etməyi öyrənməsidir.