Şabranda gözsüz körpə dünyaya gəldi

06 Şubat 2015
3 189
0
Şabranda gözsüz körpə dünyaya gəldi
Şabranda gözsüz körpə dünyaya gəldi
.

https://www.youtube.com/watch?v=um7b2TnmdEc


Doğuşdan sonrakı müayinələr zamanı bu qeyri-adi mənzərə ortaya çıxıb.

Şabranda dünyaya gələn körpə görənləri heyrətə gətirir. Çünki, onun anadangəlmə gözləri yoxdu.

Feat.Az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, həkimlər də belə halla ilk dəfə rastlaşdıqlarını bildiriblər. Şabran sakini olan Aytac Qafarova yeni ilin ilk günü normal doğuş həyata keçirib və qız uşağı dünyaya gətirib. Lakin, bu sevinc uzun sürməyib. Doğuşdan sonrakı müayinlər zamanı bu qeyri-adi mənzərə ortaya çıxıb.

Məlum olub ki, körpənin göz almacıqları yoxdu. Həkimlər də bu cür halla ilk dəfədir qarşılaşdıqlarını deyirlər.

Bundan sonra ailə bir müddət gözləyib. Lakin heç bir dəyişiklik olmadığı üçün körpəni yenidən müayinə etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə aparıblar. Uşağa orada da eyni diaqnoz qoyulub.

Fatimə adı verilən körpənin qidalanmasında və gündəlik rejimində heç bir problem yoxdur. Səsə də normal uşaqlar kimi reaksiya verir. Lakin göz qapaqları açılmır.

Qeyd edək ki,körpənin valideynləri olan Elçin Qafarovla Aytac Qafarova xala uşaqlarıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.