“Kalbimin Tek Sahibine” rekord qırdı - VİDEO
FeaT.Az anspress-ə istinadən xəbər verir ki, türk pop musiqisinin yeni nəfəsi olan “O Səs Türkiyə” müsabiqəsindən tanıdığımız gənc müğənni İrem Derici “Kalbimin Tek Sahibine” adlı mahnısı ilə milyonlarla musiqisevərin könlünü oxşayıb.
Belə ki, söz və musiqisi Hüseyn Boncuka aid olan mahnının video-klipi sadəcə musiqi şirkətinin “Youtube” kanalında 42 milyondan çox izlənilib. Bu isə may ayında çıxarılan bir mahnı üçün rekord göstəricidir.
“Kalbimin Tek Sahibine” 27 yaşlı müğənninin çıxardığı 4-cü sınqldır və təqdim edildiyi ilk gündən musiqi çartlarında "ən çox dinlənilənlər siyahısı"na girməyi bacarmışdı.
Qeyd edək ki, sözügedən video-klip 44 milyondan çox izlənmə sayı ilə bu vaxta qədər “Youtube” video portalına yüklənmiş türk kliplər arasında ən çox baxış sayı olan klipdir.
Redakta etdi:Gulshen