"Kaçak gelinler"in yeni kanalı bəlli oldu.
Xəbər verdiyimiz kimi, "Kaçak gelinler" serialı keçən ay vaxtından əvvəl final etmişdi.
Feat.az-ın diziler.com-a istinadən xəbərinə görə, baş rollarını Selin Şəkərçi, Dəniz Baysal, Açelya Topaloğlu və Furkan Andıçın oynadığı serial yenidən ekranlara dönür.
Serialın oktyabr ayından etibarən Show TV-də yayımlanacağı bildirilib.
Qeyd edək ki, Star TV-də yayımlanmağa başlayan ekran işi daha sonra TV8-ə transfer olunmuşdu.