..amma daha çox şeyin fərqindəyik..

19 Şubat 2015
1 327
0
..amma daha çox şeyin fərqindəyik..
..amma daha çox şeyin fərqindəyik..

..amma daha çox şeyin fərqindəyik..


..hərdən olur..yuxudan durursan və hiss edirsən ki, dünən axşam çox gözəl bir yuxu görmüsən..və əminsən ki,həmin yuxuda çox xoşbəxt idin..amma heç cürə xatırlaya bilmirsən..

hərdən olur..yanından keçən birinin anlıq təbəssümündə öz xoşbəxtliyini görürsən..o elə gözəl gülür ki..qeyri adi əminliklə sənə məlum olur ki,əgər sən həmin insanın həyatında olsaydın ən xoşbəxt insanlardan olardın…

hərdən olur ..bir musiqi eşidirsən..uzun bir yol gedərkən..bilirsən ki,bu musiqini daha əvvəl dəfələrlə eşitmisən,amma bu indi daha doğma və gözəl səslənir..

hərdən olur..eyni şeylər təkrarlanır,bilirsən ki,bunu daha əvvəl yaşamısan..nə qədər qəribə olsa da sən bilirsən ki,növbəti addım nə olacaq,bu hadisədən sonra nə baş verəcək…dejavu deyirlər buna..heç cürə məntiqə sığmır,anlaya bilmirsən,amma maraqlı gəlir..


hərdən olur..mağazada bir paltar və ya ayaqqabı görürsən amma almırsan..başqa bir gün onu başqasında görüb almadığın üçün peşman olursan..amma bilirsən ki,alsan da istifadə etməyəcəkdin…

hərdən olur ..illər əvvəl itirdiyin biri üçün dəli kimi darıxırsan ..amma bilirsən ki,yanına qayıtsa yenə hər şey bitəcəkdi və sən yenə onu itirəcəkdin..onsuz da alınmayacaqdı..

hərdən olur..oturub saatlarla eyni insanın üzünə baxmaq keçir içindən..onun bütün cizgilərini əzbərləmək,baxışlarındaki hər incə ifadəni içinə çəkmək istyirsən..amma bilirsən ki,yanında olsa bir neçə saniyədən çox üzünə baxmağa cəsarətin çatmaz..

Yazdıqlarımı səhərə qədər davam edə bilərəm..içimizdən keçənləri..yaşamaq istədiklərimizin və yaşamağa məcbur olduqlarımızın fərqliliklərini..sən,mən,biz..hamımız.. bir çox şeyi bilirik,çox gözəl bilirik..amma daha çox şeyin fərqindəyik..

..amma daha çox şeyin fərqindəyik..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.