Hadisə Özgəcanın qatilinin edamını istədi - VİDEO
Müğənni Hadisə “O səs Türkiyə”nin canlı efirində qətlə yetirilən tələbə qız Özgəcan Aslanın qatilinin edamını istəyib.
O deyib ki, belə insanlar yaşamağa layiq deyil:
“Canlı yayımdayıq, açıq danışacam. Bu ölkədə nələrsə dəyişməlidir. Fikrimcə, belə insanlar yaşamamalıdır. Üzr istəyirəm, efirdir, söylədiklərimizə fikir verməliyik. Amma mən bu mövzuda heç cür güzəştə gedə bilmərəm”.
Qeyd edək ki, 21 yaşlı Özgəcan avtobus sürücüsü tərəfindən zorlanaraq qətlə yetirilib.