"Aldadılmış" (Yeni yazı)

22 Şubat 2015
2 057
0
"Aldadılmış" (Yeni yazı)
"Aldadılmış" (Yeni yazı)

"Aldadılmış" (Yeni yazı)Xatırlamağa qorxuram həmin günləri, həmin ayları, həmin fəsilləri.Həmin illəri ona görə demədim ki, heç bir il olmadı...Gedərkən arxaya dönüb baxmaq bir yana,heç xoşbəxt ol belə söyləmədi.Bəlkədə lap əvvəldən anlamışdı, xoşbəxtliyimi onunla qoşa "gedəcəyini.Anlayışlı insanmış, boş-boşuna danışıb yorulmağımı istəmədi."Aldadılmış" (Yeni yazı)


Hardan-hara özümə təskinlik tapdığımı düşünsəydi nə qədər sevdiyimi təxmin edərdi, bəlkə.Sevmək tək mənə məxsus idi?! Sevginin qadın üçünü olanı yoxuydumu?!
İllərdi cərrahların cəsarət edə bilmədiyi əməliyyatı, sən saniyələr içərsində necə bacardın?! Ürək transplantasiya edən yeganə qadın idin, təbriklər!
Yalnız mənim istəmədən bacardığım möcüzənin qarşısında səninki,başa düşülən idi.Mən ürəysiz yaşadım bir neçə il...!
- Niyə getdin deyə sual vermirəm, mən sevərkən niyə sevdin deyə sual verdinmi?! Səhv insana məxsusdur yalnız aldanmaq insana məxsus deyil, çünki aldadıldıqdan sonra insan kimi yaşamaq mümkünsüzdür! Qəbul edilməzdir axmaq yerin qoyulmaq.Sanki apteklə mağazanı səhv salmış kimi, üzür istəyib getdi...
-"Elə bil buda olmalı idi."
Tanışlar "Salam necəsən?" deyə sual verdiyi zaman, Salam Allahın
salamıdır alıram, amma başqa heçnə soruşma deyərək uzaqlaşıb, özüm özümdən, yoxluqlara çəkilirəm.Hərdən özümə məntiqsiz suallar verirəm. Görəsən dualar məni geri qaytara bilərmi? Geriyə yox,geri!
- Hansı cümləni səhv oxudum deyə yenidən əvvələ qayıdıb diqqət edirəm. Yalnız eyni sözlər yazılmaqdadır. "Aldadılmaq itirmək deyil, aldadılmaq itməkdir."
Ən böyük zərbədə budur mənim üçün. İtirdiyim az deyilmiş kimi, üstəlik təkliklərdə yox oldum.Qaçırılmaq ümidi ilə, hər gecə pəncərənin önündə ağ qanadlı Huriləri gözləyirəm. Bu dünyanın əlverişsiz yaşam tərzi ilə əlaqədar, o dünyaya yalvarışlarla səslənirdim hər gün. "Xahiş edirəm rəhm edin mənə,öldürün məni...."
-Allaha inanmayan "insanların" cənnətə düşməsi qədər mümkünsüz idi geri qayıtmaq.
Və sonda ikimizi belə bir cümlə ilə sonlandırdım. "Mən qara pişik idim, sənsə inanclara inanan bir qız, heç vaxt sevmədin məni!""Aldadılmış" (Yeni yazı)



"Aldadılmış" (Yeni yazı)- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.