91 yaşlı birinci sinif şagirdi - VİDEO
Priscila Sitienei hər zaman oxumaq, təhsil almaq arzusunda olub. Lakin kasıb ailədə dünyaya gəldiyindən valideynlərinin onu oxutmağa imkanı olmayıb. Hətta övladları, nəvələri, nəticələri böyüyüb, boya-başa çatıb, məktəb, universitet tələbələri, məzunu olsalar da bu xoşbəxtlik ona nəsib olmayıb. Lakin uşaq yaşlarında məktəbə gedənlərə pəncərə arxasında oturub həsədlə baxan Priscila bir gün arzusunu reallığa çevirəcək günün ümidi ilə yaşayıb. Və nəhayət 90 yaşında arzusu reallığa çevirməyi bacarıb.
Qeyd edək ki, 91 yaşlı Priscila Sitienei-in dünyanın ən yaşlı şagirdi kimi adını Ginnesin Rekordlar kitabına yazdıracağı gözlənilir.
bizimyol.info