"Kukruz"dan Siçan çıxdı

25 Şubat 2015
2 589
0
"Kukruz"dan Siçan çıxdı
"Kukruz"dan Siçan çıxdı

Bakıda satılan qarğıdalı çubuqlarının içərisindən ölü siçan balası çıxıb. ANS PRES-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat və foto paylaşılıb.

Məlumata görə, “Tık-Tık xanım” adlı qarğıdalı çubuğunun içindən çıxan siçan balası ölmüş vəziyyətdə olub.

Məsələni araşdırmaq üçün Səhiyyə Nazirliyi Respublika GigiyenaEpidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası ilə əlaqə saxladıq. Qurumun müdiri İmran Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, məsələ araşdırılacaq.

“Əgər belə hal baş verərsə, bu zaman şikayətçi bizə məlumat verməlidir. Yaxşı olar ki, həmin məhsulu da özlərilə gətirsinlər”, - deyə İ.Abdullayev bildirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.