Xocalı Soyqırımını Unutma!

26 Şubat 2015
2 487
0
Xocalı Soyqırımını Unutma!
Xocalı Soyqırımını Unutma!

Heç vaxt unutmadığımız, bəlkə də unuda bilməyəcəyimiz hadisə,1992-ci il fevralın 25-den 26-na keçən gecə baş vermiş, Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etmiş, Azərbaycanlılara qarşı soyqırım həyata keçirilmişdir. .Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.Bir daha vurğulayaq ki, 1992-ci il fevralın 25-den 26-na keçən Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, şəhər fevralın 25-i axşam toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirə edilən şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.Bütün bu yaşananlardan dərs almalı və belə hadisənin bir də baş verməməsi üçün əlimizdən gələni etməliyik.Yaxşı, bəs biz necə tədbir görməliyik?Tarix boyu bu və bunun kimi hadisələr göstərir ki, bir millətə, bir irqə bəslənən kin, qəzəb insanlara hüzursuzluq və narahatlıq gətirir. Bunun çarəsi tez bir zamanda İslamın dünyaya hakim olması üçün çalışmaqdadır. Sülh və rahatlıq, ədalət, hörmət və sevgi ancaq İslam dini və onun gətirdiyi əxlaqla mümkündür.Güclünün zəifi əzməsi, qarşıdurmalar, zülm və işgəncələr tarix boyu insanlara əziyyət verib. Bütün bu ədalətsizliyin, terrorun, qətliamların, aclığın, səfalətin və zülmün bir çarəsi var, o da, İslamın gətirdiyi gözəl əxlaqı yaşamaqdır. Əsrlərdir bu hadisələrin yaşanmasının səbəbi çarəni səhv inanc və sistemlərdə axtarmaq olub. Çarə ALLAH’ın insanlar üçün seçib bəyəndiyi Quran əxlaqını yaşamaqdadır. Belə bir həyatı qəbul edib, muharibələrə, terror hadisələrinə, qətliamlara biganə qalmaq və həlli olmayan hadisə kimi görmək böyük xətadır.Çünki bütün insanları yaradan ALLAH onların rahat və xoşbəxt yaşaya biləcəyi sistemi də yaradıb.ALLAH’ın “Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik.” (Nəhl surəsi, 89) ayəsində bildirdiyi kimi Quran hər şəraitdə insanlara yol göstəricidir.Haqq din ALLAH’ın dini İslamdır və İslam bizə hər zaman hər şeyin ən gözəlini yaşamağı əmr edir.Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.

müəllif:Aygün Sadıqzadə
mənbə:mir.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.