Evdar xanımlar üçün praktik tövsiyələr.

27 Şubat 2015
2 062
0
Evdar xanımlar üçün praktik tövsiyələr.
Evdar xanımlar üçün praktik tövsiyələr.

Feat.Az xanımlar üçün mətbəxlə bağlı çox faydalı praktik tövsiyələr təqdim edir. Bununla işləriniz daha da rahatlaşacaq.

Ağzı dar şüşələri yumaq üçün içinə bir az yuyucu toz, bir az su və bir qaşıq düyü əlavə edib ağzı bağlı şəkildə çalxalayın.

Boşqabın daha təmiz yuyulması üçün yuduğunuz qabın içinə bir qaşıq sirkə qatsanız, daha rahat və təmiz yuyular.

Soyuducunun nəmini almaq üçün içinə bir qab duz qoyun.

Soyuducudakı qoxunu əngəlləmək üçün vanilə batırdığınız pambığı içinə qoyun. Bu həm də yeməklərə pis qoxu çökməsini əngəlləyər.

Xəmir işi görəndən sonra stolun üzərindəki ləkəni təmizləmək çətin olur. Bunun üçün üzərinə bir miqdar duz səpin və nəmli parça ilə silin.

Mərmərdən olan mətbəx dəzgahlarınızı kola, sirkə, kəsilmiş limon, portağal, soğan kimi asitli qidalardan uzaq tutmalısız. Ləkə düşübsə, amonyaklı su ilə silin.

Bıçaq və qayçılardan pas ləkəsini təmizləmək üçün qaza batırılmış parça ilə silin. Ardından yun parça ilə silin.

Mətbəx divarlarını təmizləmək üçün suya bol duz əlavə edin, yağ ləkələrini asanlıqla təmizləyəcəksiz.

Dəmir qazanın şüşə qapağı buxarlanmasın deyə qapağın içini limonla silin.

Una həşərat darışmasın deyə içinə dəfnə yarpağı qoyun.

Soğanı içi su dolu bir qabda soysanız, gözləriniz yaşarmaz.

Şəkər pudrası almağa pulunuz yoxdursa, təmiz iki kağız arasına şəkər tozu qoyub üzərindən ütü ilə keçin. Un halına gətirin.

Soyulmuş alma qabıqlarını qaynadıb üzərinə soyutduğunuz suyu əlavə edin. İçinə 2 çay qaşığı şəkər tozu atın. İlıq yerdə saxlayın. Sirkə lazım olduqca süzərək istifadə edin.

Yumurta yerinə 1 yemək qaşığı düyü ununu 2 yemək qaşığı su ilə qarışdırıb istifadə edə bilərsiz.



ailem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.