Kompüterdə WhatsApp işlətmək istəyənlərə yeni xəbər

02 Mart 2015
2 136
0
Kompüterdə WhatsApp işlətmək istəyənlərə yeni xəbər
Kompüterdə WhatsApp işlətmək istəyənlərə yeni xəbər

"WhatsApp" veb-interfeysi "Firefox" və "Opera"da da istifadə edilə biləcək.
Mesajlaşma proqramları arasında uzun müddətdir liderlik edən "WhatsApp" istifadənin asanlaşması üçün yeniliklərini davam etdirir.
Ötən ay ilk olaraq Google Chrome istifadəçiləri üçün istifadəyə verilən yenilik, artıq digər internet brauzerlərə də mesajlaşma imkanı tanıyır.
Veb-versiyanın istifadəçilərinin kimliyinin müəyyənləşməsi üçün QR-kod sistemindən istifadə olunur.
Mobil telefondakı proqrama öz akkauntunla daxil olmaq üçün, WhatsApp-ın yenilənmiş versiyasından istifadə edilməlidir. Daha sonra kompüterdə olan QR kodu oxumaq lazımdır. Yalnız bundan sonra veb və mobil versiyalar əlaqələndirilir.
QR-skaner qoşulan mesajlaşma proqramının yeni versiyası, yalnız Android, Windows Phone və BlackBerry üçün mövcuddur. iOS üçün isə bu yenilik hələlik istifadəyə verilməyib.

web.whatsapp.com

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.