Necati Şaşmazın yeni serialı

08 Mart 2015
2 736
0
Necati Şaşmazın yeni serialı
Necati Şaşmazın yeni serialı

"Kurtlar vadisi" serialından Polad Alemdar kimi tanınan Necati Şaşmazın "Pana Film" şirkəti tamaşaçıların qarşısına yeni serialla çıxacaq.

Yeni serialın adı "Qara qutu"dur və serial martın 10-dan etibarən Türkiyənin "Kanal D" telekanalında yayımlanmağa başlayacaq. Filmin ssenarisinə əsasən, "Qara qutu"da Mehmet Duman adlı bir şəxs barda öz gitarası ilə mahnı oxuyaraq pul qazanır. Lakin o, buna qədər İraqda olub və 2013-cü ildə İraqda ölümdən xilas olub. Lakin o, yaddaşını itirib. Üstündən il yarım keçməsinə baxmayaraq, o, öz keçmişini nə qədər araşdırsa da, heç bir nəticə əldə etməyib. Lakin bir gün bardakı davanı ayıranda o, başından zərbə alıb və keçmişini fraqmentlər şəklində xatırlamağa başlayıb. Budan sonra o, keçmişi ilə indiki həyatı arasında qalır.

Film ssenari cəhətdən müəyyən qədər "Kurtlar vadisi" ilə oxşardır. Bu bənzərlik isə ondadır ki, "Kurtlar vadisi"ndə Polad Alemdar, "Qara qutu"da isə Mehmet Duman gizli təşkilatda dövlət üçün işləyiblər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.