Martın 18-dək yağış yağacaq: temperatur enəcək

15 Mart 2015
1 089
0
Martın 18-dək yağış yağacaq: temperatur enəcək
Martın 18-dək yağış yağacaq: temperatur enəcək

Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, gecəyə doğru bəzi yerlərdə yağış yağma ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah gecə və axşam bəzi yerlərdə havanın yağıntılı keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti proqnozlaşdırılır.
Martın 18-dək hava yağıntılı olacaq. Temperatur bu günlə müqayisədə 4-5 dərəcə enəcək

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.