Sabah Azərbaycan yay vaxtına keçəcək.

28 Mart 2015
1 464
0
Sabah Azərbaycan yay vaxtına keçəcək.
Sabah Azərbaycan yay vaxtına keçəcək.


Martın 29-da Azərbaycan Respublikasında yay vaxtına keçiləcək.
FeaT.Az-ın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən xəbərinə görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il martın son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Qeyd edək ki, hər il oktyabrın son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.