Aygün, Röya və Üzeyir kompyüter oyununda

02 Eylül 2014
3 988
0
Aygün, Röya və Üzeyir kompyüter oyununda
“Play market” və “appstore” bölmələrində istifadəçilərə “Bakushowbusinessgame (Bakı şou-biznes oyunu)” adlı yeni oyun təqdim olunub.

Axar.az xəbər verir ki, oyunun Azərbaycan şou-biznes nümayəndlərinə həsr olunduğu bildirilib.

Oyunda yerli şou-biznes nümayəndələrindən Röya,Aygün Kazımova,Miri Yusif,Elşad Xose, Elariz və digərləri yer alsa da, oyuna qapaq fotosu kimi Üzeyir Mehdizadənin şəkli qoyulub. Bu barədə Üzeyir Mehdizadə öz şəxsi İnstaqram səhifəsində də məlumat verib: “Fanatlar sağ olsunlar, göndərdilər.Sən demə, mənim şəklimə oyun da hazırlayıb proqramçılar.Özümdən icazə almasalar da, halallığını verirəm - halal xoşunuz olsun”.

Qeyd edək ki, bir ay tamam olmamış 10 mindən çox insan bu oyunu yükləyib.


Aygün, Röya və Üzeyir kompyüter oyununda

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.