İldırım və Şimşək

03 Eylül 2014
3 345
0
İldırım və Şimşək
İldırım və Şimşək

Planetimizdə hər dəqiqədə 500-dən çox ildırım çaxır. Şimşək çaxarkən radio, televizor, kompyuter, mobil telefonlardan istifadə etmək doğru deyil. Şimşək çaxması atmosferdəki elektrik boşalması nəticəsində leysan yağışda yaranan parlaq işıqdır. Bəs bu parlaq işıq nə zaman meydana gəlir? Şimşək atmosferin iki müxtəlif nöqtəsində, yəni həm buludla yer, həm də iki bulud arasında çaxa bilər. Həmçinin tək bulud daxilində elektik gərginliyinin artması nəticəsində də şimşək çaxması müşahidə olunur.

İldırım ən az iki şimşək çaxmasına bərabərdir. İlk elektrik boşalması zamanı buluddan yerə mənfi (-) yük ötürülür. O qədər də parlaq olmayan bu çaxma zamanı şimşəyin əsas xəttindən ətrafa yayıldığını görə bilərik. Bu ilk çaxma zamanı ildırımın düşəcəyi nöqtədən mənfi yük və yerdən buluda doğru müsbət yük ötürən bir axın əmələ gəlir. Bu hadisə yerdən 50 m yüksəklikdə baş verir. İki şimşəyin toqquşduğu yerdə buludla yer arasında qısa qapanma yaranır və nəticədə buluda tərəf axan çox parlaq elektrik cərəyanı yaranır. Bu elektrik axını zamanı buludla yer arasındakı potensial fərqi bir neçə milyon voltdan daha çox olur..

Redaktə etdi: Bash _BeLasi ッ
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.