Bakıda məktəb direktoruna qarşı – CİNAYƏT İŞİ

21 Nisan 2015
1 717
0
Bakıda məktəb direktoruna qarşı – CİNAYƏT İŞİ
Bakıda məktəb direktoruna qarşı – CİNAYƏT İŞİ


Baş Prokurorluq məlumat yaydı.

Azərbaycanda orta məktəbdə yol verilən qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.


B R.Sadıqov adına Bakı şəhəri 136 nömrəli tam orta məktəbin fəaliyyətinin yoxlanılmasına dair Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı orta məktəbin direktoru Lütfiyyə Qasımovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2013-2014-cü tədris illərində ayrı-ayrı müəllimlərə işdə üstün şərait yaratmaq, dərs yükünün artırılması müqabilində hər ay onlardan müxtəlif məbləğlərdə pul almasında, habelə məktəbin bəzi müəllimləri işə gəlmədikləri halda onların guya məktəbdə dərs aparmaları barədə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri aparılır.

Bakıda məktəb direktoruna qarşı – CİNAYƏT İŞİ



Bakıda məktəb direktoruna qarşı – CİNAYƏT İŞİRedaktə etdi-SyamkaBakıda məktəb direktoruna qarşı – CİNAYƏT İŞİ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.