Kamal Doğulu "Best model of Azerbaijan"ı tənqid etdi - Video

24 Nisan 2015
2 242
0
Kamal Doğulu "Best model of Azerbaijan"ı tənqid etdi - Video
Kamal Doğulu "Best model of Azerbaijan"ı tənqid etdi - Video

TV8-in dəb proqramı "İşte benim stilim"də iştirak edən azərbaycanlı iştirakçı Sima Şərəffətdinova bugunkü buraxılışda yenə də diqqət mərkəzində olub.

Feat.aZ-ın məlumatına görə, veriliş boyu digər yarışmaçılarla mübahisəli anlar yaşayan Sima münsiflər qarşısında da çətin anlar yaşayıb. Münsif Kamal Doğulu Azərbaycanda keçirilən "Best model of Azerbaijan"ı tənqid edib.

O, Simaya xitabən "Bura gözəllik yarışması olsaydı, sən ilk beşliyə girməzdin. Bir gözəllik yarışmasında birinci olmusan. Məncə, həmin müsabiqənin münsifləri çox zövqsüz imiş" deyib.

S. Şərəffətdinova isə "Bu sizin fikrinizdir. Məncə isə burada birinciyəm" deyərək cavab verib.

Qeyd edək ki, 17 yaşlı S.Şərəfəttinova "Best Model of Azerbaijan"ın 2014-cü il birincisidir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.