Qaşıq və çəngəlin ixtirası

25 Nisan 2015
1 344
0
Qaşıq və çəngəlin ixtirası
Qaşıq və çəngəlin ixtirası


Insanlar uzun müddət yeməyi əllə yemişlər. Müəyyən müddətdən sonra bu məqsəd üçün qaşıqdan istifadə etməyə başlamışlar. İlk qaşığın tarixi Miladdan öncə 3000-ci ilədək gedib çıxır. Belə qaşıqlar gildən hazırlanır və odda bişirilirdi. Eyni zamanda heyvanların, dəniz xərçənginin, balığın sümüklərindən, habelə ağacdan da qaşıq hazırlanırdı. İlk gümüş qaşıqlar isə 998-ci ildə Kiyev Rusunda knyaz Vladimirin əmri ilə drujina üzvləri üçün düzəldilmişdi. Şərq hökmdarlarının saraylarında daha çox gümüş və qızıl qaşıqlardan istifadə olunmuşdur.

Çəngəlin tarixi isə bir qədər yaxındır. İlk beş və daha çox dişcikli çəngəllər X əsrdə Asiya ölkələrində düzəldilmişdi. Bu icad Qərbi Avropaya yalnız XVI əsrdə gəlmişdir. Yemək zamanı iki dişcikli cəngəllərdən istifadə dəbdə idi. XVIII əsrin sonlarında Avropada yemək zamanı çəngəllə yanaşı iti bıçaqdan da istifadə edirdilər.

Qaşıq və çəngəlin ixtirası
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.