İlham Əliyev Nepal prezidentinə başsağlığı verdi

26 Nisan 2015
980
0
İlham Əliyev Nepal prezidentinə başsağlığı verdi
İlham Əliyev Nepal prezidentinə başsağlığı verdi



Azərbaycan prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadavaya başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.