Ağıllı" plastır müalicəni asanlaşdıracaq

29 Nisan 2015
942
0
Ağıllı" plastır müalicəni asanlaşdıracaq
Ağıllı" plastır müalicəni asanlaşdıracaq

Cənubi Koreya alimləri tərəfindən hazırlanmış plastır yalnız xəstənin cari vəziyyətinə nəzarət deyil, həmçinin ehtiyac olduqda onun orqanizminə lazımi miqdarda dərman yeridə bilir.

Xəstə dərmanın qəbulunu unuda bilər, dərmana qarşı əlavə təsir özünü göstərə bilər.

Feat.Az bildirir ki, məhz xəstələrin təhlükəsizliyi üçün bu "ağıllı" plastır hazırlanıb. Plastır insan orqanizminə müəyyən miqdarda dərman daxil edə bilir və insan orqanizmində dərmanın konsentrasiyası optimal səviyyəyə çatdıqda dərman təchizatını dayandırır.

Plastır uzadıla bilən materialdan hazırlanmış 5 sm uzunluğunda düzbucaqlı dördbucaq formasındadır.

Hər şeydən əvvəl, bu plastır parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün mükəmməl həlldir. Qıcolma zamanı plastır xəstənin bədəninə az miqdarda dərman yerləşdirir, qıcolma dayanan kimi dərmanın təchizatı dayandırılır.

“Xəstələrin əksəriyyəti onların orqanizminə nəzarət edilən dərman daxil edilməsi üsulunun tərəfdarıdırlar, – Seul Dövlət Universitetinin biomühəndisi Day Xyonq Kim “The Verge” portalının jurnalistlərinə bildirib. - Gələcəkdə biz ixtiramıza simsiz rabitə funksiyasını əlavə etməyi planlaşdırırıq ki, bu da həkimlərə xəstələrin vəziyyətinə məsafədən nəzarətə imkan verəcək”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.