Dollarin Taleyi bu Gün həll olunur.

30 Nisan 2015
1 656
0
Dollarin Taleyi bu Gün həll olunur.
Dollarin Taleyi bu Gün həll olunur.

FED-in qərarından öncə ABŞ iqtisadiyyatı ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq.

Analitiklər daha öncə iyunda artırılması nəzərdə tutulan uçot dərəcəsinin sentyabra qədər təxirə salına biləcəyini bildirirlər. Buna səbəb isə ABŞ iqtisadiyyatının ilin ilk rübündə böyümə sürətinin yavaşlamasıdır.

FED-in uçot dərəcəsini sentyabra qədər təxirə salacağına dair fikirlər dolların dünyanın aparıcı valyutaları qarşısında ucuzlaşmasına səbəb olub.

Avro dollar qarşısında 0,05 faiz artaraq 1,0987 dollar təşkil edib. Britaniya funt sterlinqi isə 0,31 faiz bahalaşaraq 1,5386 dollara çatıb.

Bildirək ki, FED-in qərarından asılı olaraq dolların növbəti aylardakı taleyi həll olunacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.