Ən qalmaqallı aktrisa müsəlman olur?

14 Mayıs 2015
1 127
0
Ən qalmaqallı aktrisa müsəlman olur?
Ən qalmaqallı aktrisa müsəlman olur?


O əlində Quranla görüntülənib
Hollivudun ən problemli qızı müsəlman olur?. ANS PRESS-in məlumatına görə, qalmaqallı həyatı, gecə həyatı, pis vərdişləri ilə daima gündəmdə olan 29 yaşlı Lindsi Lohan əlində Quranla görüntülənib.

Son dəfə məhkəmə tərəfindən sosial iş cəzası alan Lohan Nyu-York küçələrində əlində müqəddəs kitabın ingilis dilindəki tərcüməsi ilə görüntülənib.

Qeyd edək ki, o 2014-cü ildən cəzasını uşaqlara xidmət mərkəzində çəkir. Aktrisa uşaqlara qulluq etməkdən çox məmnun olduğunu deyib.

L.Lohan katolik bir ailənin qızıdır. Xristian ailədə böyüyüən Lohan gənc yaşlarında müxtəlif dinlərlə maraqlanıb. Uşaq yaşlarından fimlərə çəkilən, lakin gənclikdə sürətli gecə həyatı ilə gündəmə gələn, dəfələlrə polisə düşən, həbsdə qalan Lohan son müddətdə Londonda yaşamağa başlayıb. O, uzun müddətdir narkotik və spirtli içkidən də uzaqdır.

Bu ilin əvvəlində Lohan sosial şəbəkədəki səhifəsində Qurandan ayə paylaşmış, daha sonra isə onu silmişdi.

''Dua və meditasiya zamanı qeyri-adi hisslər keçirirəm", deyə o bildirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.