Müəllimə şeir əzbərləməyən şagirdi bu hala gətirdi

15 Mayıs 2015
1 520
0
Müəllimə şeir əzbərləməyən şagirdi bu hala gətirdi
Müəllimə şeir əzbərləməyən şagirdi bu hala gətirdi


İcra başçısıs həyat yoldaşı olan müəllimə barədə istintaq başladılıb
Türkiyə Elazığ vilayətinin Ağın rayonunda şagirdin müəllim tərəfindən cəzalandırılması faktı qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, müəllimə Büşra Yakınoğlu şeiri əzbərləməyən şagird Elif Karaoğlunun ovucuna dəyənəklə vurub.

Şagird başına gələnləri evdə anasına danışıb və ana Məqbulə Karaoğlu müəlliməyə zəng vuraraq ondan şikayətçi olacağını bildirib.

Müəllimə isə öz növbəsinə valideynə, get istədiyin yerə şikayət et – deyərək kpobud cavab verib.

Zərərçəkmişin atası Osman Karaoğlu əlində göyərmə və sıyrılma xəsarəti olan qızı üçün tibbi arayış alaraq Ağın rayonu icra başçısının həyat yoldaşı olan müəllimə barədə şikayətçi olub.

İcra başçısı Fatih Yakınoğlu isə açıqlama verərək həyat yoldaşı Büşra Yakınoğlu barəsində istintaq başladıldığını bildirib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.