Fərəhin anası danışdı - ViDEO
“Günə Baxan” verlişinin aparıcısı Elgiz Əkbər xəstəxanaya gedərək, Binəqədi rayonunda yanan bina sakinlərinə baş çəkdi.
Xəstəxanada olarkən Elgiz Əkbər bütün şöbələri gəzərək xəstələrlə tək-tək görüşərək və onların vəziyyətləri ilə tanış olub. Tüstüdən zəhərlənən bina sakinlərindən biri bildirdi ki, sağ qalmasının səbəbi 3 saat dayanmadan su içməsi olub. Evdə tək olan ev sahibi yuxudan oyananda bütün evin yandığını görüb. 3 satdan sonra FHN- əməkdaşı tərəfindən xilas olunub. Amma xilas olunmağına ev sahibi hələ də inana bilmir. FHN-nin əməkdaşı öz paltarını sakinə geyindirərək onu son anda binadan xilas edə bilib.
Aparıcı xəstəxanada Fərəhin anası ilə də söhbət etdi. O yaxşı olduğunu, onun haqqında yayılan şayiələrin yalan olduğunu bildirdi. Qadının təəssüfləndiyi isə təbii ki, balansını itirmək oldu.
Zəhərlənən bina sakinləri onlara xəstəxanada yaxşı baxıldığını və vəziyyətlərinin normal olduğunu dedilər.
mənbə:Bizimyolinfo