Facebook istifadəçilərinin diqqətinə! Ayın sonu şoka düşməyin

05 Eylül 2014
1 312
0
Facebook istifadəçilərinin diqqətinə! Ayın sonu şoka düşməyin


Sosial şəbəkələr arasında ən məşhuru sayılan “Facebook” hər gün yeni xüsusiyyətləri ilə istifadəçilərin qarşısına çıxır.
Facebook istifadəçilərinin diqqətinə! Ayın sonu şoka düşməyin


Sosial şəbəkələr arasında ən məşhuru sayılan “Facebook” hər gün yeni xüsusiyyətləri ilə istifadəçilərin qarşısına çıxır. Əlbəttə ki, təqdim olunan xüsusiyyətlərə insanlar bəzən yaxşı, bəzən də tənqidi münasibət bəsləyirlər. Sosial şəbəkədə son vaxtlar insanların reaksiyasına səbəb olan yeni bir xüsusiyyət də “video izləmə” olub. Sözsüz ki, bu xüsusiyyət hər kəsin diqqətini çəkib. Artıq, “facebook”a daxil olan zaman videolar avtomatik olaraq açılmağa başlayr. Əgər şəxs istərsə, videonun üzərinə vuraraq səsli şəkildə izləyə bilir.“Facebook” bunu tətbiq etməklə istifadəçilərin diqqətini videoların üzərinə yönəltmək istəyir. Ancaq, mobil operatorların internet paketlərindən istifadə edən (Megabayt) şəxslər bu vəziyyətdən heç də razı deyil. Videoların avtomatik açılması internet paketlərinin sürətlə tükənməsinə səbəb olur. Əgər bu funksiyanın sizdə deaktiv olmasını istəyirsinizsə, bu zaman tənzimləmələr bölməsinə daxil olub, sol tərəfdə ən altda yerləşən “videolar” başlığını seçməlisiniz. Həmin başlıq altında yerləşən “Videoları avtomatik hərəkət etdir” funksiyasını bağlayaraq, videoların telefonunuzda avtomatik açılmağının qarşısını ala bilərsiniz. Qeyd edək ki, siz telefon və ya komputerinizlə “tənzimləmələr” bölməsində həmin başlığı görməyə bilərsiniz. Bu “facebook”un həmin funksiyanı sizin profilinizdə hələki tətbiq etmədiyini göstərir.
bizimyol.info


redaktə etdi: ۞DreameR۞
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.