Azərbaycanda yeni film çəkilir - "Bomba Baba"

13 Haziran 2015
1 383
0
Azərbaycanda yeni film çəkilir - "Bomba Baba"
Azərbaycanda yeni film çəkilir - "Bomba Baba"
Bakıda melodram-komediya janrında "Bomba Baba" filminin çəkilişlərinin hazırlıq prosesinə başlanılıb.

Prodüser Şahnaz Abdullayeva Axşam.az-a bildirib ki, filmin ssenari müəllifi və rejissoru Rusiyada və Avropada kifayət qədər tanınmış həmyerlimiz Nadir Maçanovdur.

Qeyd edək ki, Nadir Maçanov Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinostudiyasında gerçəkləşən və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş prodüseri olduğu "Bakı mən səni sevirəm" kinolayihəsinin prodüser və rejissorlarından biridir.

Filmin baş operatoru "Bakı mən səni sevirəm" kinolayihəsinin ikinci operatoru Raid Abbasovdur. Xatırladaq ki, "Bomba Baba" filmi rejissorla operatorun ilk işləri deyil, onlar birlikdə bir neçə layihə reallaşdırıblar. Sonuncu işləri isə 2014-cü ilin yayında Moskva və Ümumrusiya Patriarxlığının dəstəyi ilə çəkilən "Vera, nadejda i lyubov" sənədli filmi olub. "Bomba Baba" filminin çəkiliş qrupuna xarici mütəxəssislər də cəlb olunub.

Filmin baş rolunun ifaçıları qardaş Türkiyədən dəvət ediliblər. Filmin Türkiyə ilə yanaşı, digər xarici ölkələrin də kinoteatrlarında yayımlanması nəzərdə tutulub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.