İtalıyada itlərə hürmək qadağandır.

02 Ağustos 2015
1 161
0
İtalıyada itlərə hürmək qadağandır.
İtalıyada itlərə hürmək qadağandır.


Nahar yeməyindən sonra bir neçə saat davam edən istirahət fasilələri ilə tanınan İtalyanların bu ənənələrinə nə qədər düşkün olduğu, bir qəsəbənin aldığı qeyri-adi qərarla bir daha sübut edildi: Controne qəsəbəsində bələdiyyə, siesta saatlarında itlərin hürməsin qadağan etdi.

Ölkənin cənubundakı Campania bölgəsində yerləşən Controne qəsəbəsindəki qadağan qərarı, Bələdiyyə Başçısı Nicola Pastore-nin əmri ilə alınıb.
Prezident, günortadan sonra 14: 00-16: 00 saatları arasındakı siesta zamanı ətrafı narahat edəcək şəkildə hürən itlərin sahiblərinə pul cəzası veriləcəyini bildirib.

Qadağana görə, uyğunsuz vaxtlarda hürən itlərin sahiblərinə 25 ilə 500 avro arası cərimələnəcəklər.

Qərarda, “İt sahibləri, gecələri ya da 14: 00-16: 00 arasında istirahət saatlarında heyvanlarının ictimai rahatlığını pozacaq şəkildə yüksək səs çıxarmalarını qarşısını almaq məcburiyyətindədir” deyilir. Ev, bağ və ferma gözətçisi olaraq istifadə edilən itlərin yoldan keçənləri narahat etməməsi xəbərdarlığı da edilib.

Digər tərəfdən bələdiyyənin qərarı, şəhər əhalisinin siesta rahatlığını qorumaqla da kifayətlənmir.

İtlərin rifahı üçün də tədbirlər nəzərdə tutulur.
Ən azı 5 metrlik ip

Məsələn, itlərin iplərinin uzunluğunun ən az 5 metr olması, açıq havada bağlı qalan itlərin yemək və su qablarına rahatlıqla çatmaları ilə təmin edilməsi, heyvanların heç bir şəkildə tərk edilməməsi də əmr edilir.

İtaliyada bir çox bələdiyyədən, siesta saatlarında ev daxili işlər kimi gurultulu işlərin görülməsinə qarşı qadağalar var.

Xüsusilə turizim əhəmiyyəti olmayan kiçik şəhər və qəsəbələrdə siesta saatlarında açıq iş yeri tapmaq çox çətindir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.