"İki nəfər üçün romantika"

15 Eylül 2014
3 144
0
"İki nəfər üçün romantika"
"İki nəfər üçün romantika"

“İki nəfər üçün romantika” salatının reseptini təqdim edir:

İnqrediyentlər:

Krevetka (zolaqlı) - 500 qram

Kahı - 2 dəstə

Pomidor - 3 ədəd

Kərə yağı - 200 qram

Xama – 100 qram

Mayonez - 100 qram

Ketçup -zövqə görə

Hazırlanması:

1.Krevetka zirehində qaynadıqdan sonra təmizləyin. Təmizlənmiş krevetka zirehli kimi dadlı və şirəli olmur. Ona görə də təmizlənməmiş zirehli krevetka alın.

2.Kahı yarpaqlarını yuyub boşqaba yığın. Kahını bıçaqla deyil, əlinizlə 2-3 yerə bölün.

3. Kahı yığdığınız boşqaba bişirilmiş krevetkaları qoyun. Duzlayın.

4. Sousu hazırlayın: Xamaya, mayonez və şirin ketçup və əzilmiş sarımsağı qatın. Ketçupun qədərini özünüz müəyyən edin. Sous çəhrayı rəng alana qədər onu əlavə edə bilərsiniz. Bu salatı ilk dəfə dadanları məhz sousun, kahının və krevetkanın tandemi məftun edir.

5. Salatı halqa formasında doğranılmış pomidorla bəzəyin.

6. Salat soyuq şəkildə süfrəyə verilir.

Nuş olsun!

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.