İnternet `Rusiya`nın əlindədir?
Rusiyada milli səviyyədə internet böhranı meydana gəlməsi halında dövlət vəziyyətə əl qoyacaq.
Rus mediasında çıxan xəbərlərə görə, müharibə və ya Ərəb Baharına bənzər bir qiyam, "fövqəladə vəziyyətlər" arasında sayılır. Vedomosti adlı yayım orqanında verilən xəbərə görə, internet təhlükəsizliyi mövzusuna baxan Rusiya Təhlükəsizlik Şurası, Rusiyada internetin kəsilməsi halında dəstək sistem inkişaf etdirilməsini də planlaşdırır. Hələ də Rusiya, xarici internet şəbəkələrindən asılıdır.
Kremlin spikeri Dimitri Peskov, son zamanlarda ABŞ və Avropanın xeyli gözlənilməz cəhdlər etdiklərini qeyd edib və "hər şeyə hazır olmalıyıq" deyib.
Qərbin Ukrayna böhranı ucbatından tətbiq etdiyi sanksiyalar, hələ də bir çox qabaqcıl Rus səlahiyyətlisini, Rus neft sənayesini, silah istehsalçılarını və Rus dövlət bankalarını hədəf alır.