İmamyar Həsənov - Laçın

28 Mart 2016
2 802
2
İmamyar Həsənov - Laçın
İmamyar Həsənov - Laçın

Salam, əziz dostlar! Bu dəfə qərara aldım ki, sizi daha bir azərbaycanlı gəncimizlə tanış edim. Əksəriyyətiniz əvvəl mənim kimi inanmayacaqsınız, amma bu dərəcədə mükəmməl istedada malik soydaşımız barədə məqaləmi oxuyub, daha sonra ifasını dinləsəniz, bütün dediklərimin əyani şahidinə çevriləcəksiniz. Təəssüflər olsun ki, onun barəsində doğma dilimizdə heç bir məlumat tapmadım, yalnız ingilis və qismən türk dillərində bəzi məlumatları görə bildim. Beləlikə, onun barəsində uzun-uzun axtarışlar etdikdən sonra, ingilis dilində kiçik bir bioqrafiyanın tərcüməsini sizin üçün təqdim edirəm: “2012-ci ildən San-Fransiskonun etnik musiqisi üçün Qlobal Musiqi direktoru işləyir. İmamyar Həsənov, kamançada virtuoz ifaçı kimi və bu alətin hərtərəfli aranjmançısı kimi ənənəvi və digər mədəniyyətlərin musiqilərini geniş şəkildə birləşdirərək beynəlxalq səviyyədə qarşılanır. Son dərəcə yüksək savada malik olaraq, o Azərbaycan musiqisini dünya arenasına çıxarmaqda öz təcrübəsi və baxışı ilə liderlik edir. Mükəmməl bədii xarakterə malik olan cənab Həsənov, çoxsaylı uğurları olan son dərəcə istedadlı musiqiçi kimi Azərbaycanın ənənəvi musiqisinin yaşaması və cəmiyyət tərəfindən qiymətləndirilməsi uğrunda işlər aparır. Onun ənənəvi Azərbaycan və Qərb klassik musiqilərində geniş biliyi, dünyada bir çox ənənəvi musiqi alətlərini və innovasion hazırlıq metodlarını bilməsi, nəinki ənənvi azərbaycan musiqisinin qorunmasına səbəbkar olmuş, hətta bu musiqinin birinci plana və klassik və etnik musiqinin sahələrinə çıxaran əsərlər toplusu yaratmışdır. 2013-cü ildə cənab Həsənov, Stenford Universitetinin Musiqi Şöbəsində San-Fransiskonun etnik musiqisinin Festivalı üçün azərbaycan musiqisini Mühazirəçi kimi tədris etmişdir.”
Axtarışlarım sayəsində İmamyar Həsənovun dahi azərbaycan musiqiçisi, xalq artisti, 1929-cu ildə Bakıda anadan olan və 1994-cü ildən ABŞ-da San-Fransiskoda yaşayan əfsanəvi pianoçu Çingiz Sadıqov ilə bir neçə mükəmməl səsyazmaları ilə qarşılaşdım. Həmçinin, axtarışlarım sayəsində Los-Ancelesdə dünyaca tanınmış “Skirball” mədəniyyət mərkəzində fevralın 5-də 2013-cü ildə Azərbaycan Dövlət Gömrük Komitəsi və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu ilə birgə olduqca möhtəşəm bir tədbir təşkil olunan videolentin (buraya klikləyərək izləyə bilərsiz )şahidi oldum. Tədbirdə ABŞ-dan olan caz ustaları ilə birgə kamançada İmamyar Həsənov, tarda Rüfət Həsənov, nağarada isə Elşən Qasımov ifa etmişdir.

ABŞ-dan əlavə, İmamyar Həsənov bir çox ölkələrdə, o cümlədən Türkiyədə, Yunanıstanda, İranda, İsraildə Azərbaycan xalq mahnılarını (“Küçələrə su səpmişəm”, “Girdim yarın bağçasına”, “Laçın”, “Sarı Gəlin” və s.) və bəstəkar mahnılarını (S.Rüstəmovun “Getmə-getmə”, T.Quliyevin “İlk bahar”, F.Əmirovun “Gözəlim sənsən” və s.) ustalıqla və yüksək dərəcədə vətənpərvərlik hissi ilə tanıtmışdır. Bu möhtəşəm ifalardan birini seyr etməmək günah olar. Deməli, ağrılı-acılı məkanımız olan Laçın barədə, İsrailin cənub regionunda yerləşən və əsası 1985-ci ildə qoyulan Şaharut qəsəbəsində 2012-ci ildə “Laçın” adlı xalq mahnımız, ANNA RF qrupu ilə birlikdə İmamyar Həsənov tərəfindən kamançada səsləndirilmişdir. Buyurun, izləyin...

Əvvəlki Xəbər
RƏYLƏR
  1. Princess
    Ay Laçın,can Laçın,can sənə qurban Laçın...
    Çox sevdiyim mahnılardandı... 13
    Məlumat üçün təşəkkürlər,əziyyətinizə dəyib məncə..
  2. allah bendesi
    bu videoya atamla birlikde bir nece gun olar baxmishdiq heqiqetende istedadir meharetle ifa edibler halal olsun ..ama melumatim yox idi cox teshekkur ellerinize sagliq.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.