Metrodakı “sehrli səsin” sahibi məlum oldu - “Qapılar bağlanır, növbəti stansiya…” - (Foto+Video)

30 Mart 2016
3 121
3
Metrodakı “sehrli səsin” sahibi məlum oldu - “Qapılar bağlanır, növbəti stansiya…” - (Foto+Video)
Metrodakı “sehrli səsin” sahibi məlum oldu - “Qapılar bağlanır, növbəti stansiya…” - (Foto+Video)

“Qapılar bağlanır, növbəti stansiya “İçərişəhər”… Bu sözləri Bakı metrosunda hər gün eşidirik. Qulağımıza necə deyərlər, “sırğa olan” bu bir neçə kəlmədən yəqin ki, kimsə əsəb gərginliyi keçirmir. Çünki hamı o səsə çoxdan öyrəşib. Bəs o məlahətli səsin sahibi kimdir?
modern.az saytı bu “sehrli səsin” sahibinin kimliyini dəqiqləşdirməyə çalışıb.

“Bakı Metropoliteni” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev çoxlarını maraqlandıran səs sahibinin adını açıqlayıb. O, modern.az-a deyib ki, metro qatarı hər dəfə yola düşəndə sərnişinləri qapıların bağlanacağından və qarşıda hansı növbəti stansiyanın gələcəyindən xəbərdar edən “gözəgörünməz xanım” İradə Ağayevadır.

FeaT.Az xəbər verirki modern.az-a o da məlum olub ki, İradə Ağayeva həm də “Azərlotereya”nın oyunlarında tirajlar barədə məlumatları səsələndirən xanımdır.

Metrodakı “sehrli səsin” sahibi məlum oldu - “Qapılar bağlanır, növbəti stansiya…” - (Foto+Video)

İradə Ələkbər qızı Ağayeva 2006-cı ildə Milli Teleradio günündə - Azərbaycanda radionun yaranmasının 80, televiziyanın yaranmasının isə 50 illiyi münasibətilə ölkə başçısının sərəncamı əsasında “Əməkdar artist” fəqri adına layiq görülüb.

FeaT.Az İradə xanımın Space televiziyasına yaxın günlərdə verdiyi müsahibəsini təqdim edir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Weher uWagi
    Tanımağa şad oldum, təşəkkür edirəm
  2. allah bendesi
    danishanda sesi oxshamir o qeder ama mende sehrli soz deyimde)))onu deyende sesi eynen..maraqli oldu xeberi oxumaq:)teshekkur ellerinize sagliq
  3. LeykamiyA
    Həqiqətən səsi xoşagələndi.Adamı yormur.İndi biri var next station deyəndə insanın beyni sızıldayır.))
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.